Trump-ın tvitlərini ciddi qəbul etmək lazımdırmı?

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump və Alec Baldwin 2007 Qızık Qlobus Mükafatı təqdimatından sonra keçirilən şənlikdə görüşüb (15 yanvar 2007)

Donald Trump-ın son həftə ərzində Çin-in iqtisadi siyasətini və Cənub Çin dənizindəki hərbi əməliyyatlarını tənqid edən və Tayvan prezidenti ilə telefon söhbətini bəyan edən tvitləri dünya mediasında geniş müzakirə ilə nəticələnib.

BBC-nin Newsday radio proqamına verdiyi müsahibədə San Francisco KGO radiosunun aparcısı Ethan Bearman Donald Trump-ın tvitləri barədə sualları cavablandırıb.

- Özünü ilk sosial şəbəkə prezidenti adlandırmağına münasibətiniz nədir? Bu onu müasir və dəbli insan kimi təqdim edir. Sizcə onun twitter istifadəsinin əsas səbəbi budur?

- Bu onun tvitlərinin səbəbidir deməzdim. Lakin o doğrudan da ilk sosial şəbəkə prezidentidir. Hətta ilk realiti-şou ulduzu prezidentir.

Amma onun "əgər media mənə dəqiqliklə və hörmətlə yanaşsa mənim tvit yazmağa ehtiyacım kəskin şəkildə azalar" ideyası o deməkdir ki, o bizim doğru olmayan bir şey deməsinə və Saturday Night Live (SNL) komediya verilişində onun obrazını oynayan aktyora hücumlarına məhəl qoymamağımızı istəyir.

- SNL komediya verilişində [aktyor] Alec Baldwin Trump-ın obrazını oynayır. Verilişdə onun tvitlərini ələ salırlarmı?

- Tvitlərini o gədər də yox, amma Alec Baldwin Trump-ın obrazını satirik şəkildə amansızcasına oyanır. Amma gəlin əsas məsəyə toxunaq. Çox güman ki, bəlkə də dünyanın ən güclü ölkəsi sayılan ABŞ-ın gələcək 45-ci prezidenti, gecə saat üçdə bir aktyora tvitlərlə hücum edir. Eyni zamanda bu bizim Çinlə yeni diplomatik münasibət üsulumuzdur? Bu mənim üçün çox narahat edicidir.

- Bəs biz, media kimi onun tvitlərinə necə münasibət göstərməliyik? Onlara onun ciddi siyasətinin göstəricisi kimi yanaşmalıyıq? Onları bu cür səbirsizliklə işiqlandırmalıyıq?

- Bəli. Niyə də yox? Bəs bu bizim [jurnalistlərin] işimiz deyilmi - insanların dediklərinə ciddi yanaşmaq? Əgər Çin və Tayvana yeni münasibətimiz budursa, sən və mən bunu işıqlandırıb müzakirə etməliyik. Bu qorxuducu və həyacanlandırıcıdır. Mən onu həyəcan sevənlərin namizədi adlandırmışdım. Biz bilmirik bundan sonra nə baş verəcək - bu isə narahatedicidir.

Bu barədə daha geniş