Hələb döyüşü: Üsyançılar "köhnə Hələbdən geri çəkiliblər"

Üsyançılar 4 ildir ki, köhnə şəhər ətrafındakı rayonlara nəzarət edirdilər. Fotonun müəllifi AFP
Image caption Üsyançılar 4 ildir ki, köhnə şəhər ətrafındakı rayonlara nəzarət edirdilər.

Suriya üsyançıları Hələbin "köhnə şəhər" adlandırılan hissəsini tərk ediblər, Suriya fəalları bildirir.

Suriya İnsan Hüquqları müşahidə qrupuna əsasən bu, hökumət qüvvələrinin şəhərin şərqindəki üsyançıların mövqelərinə doğru irəliləməsindən sonra baş verib.

Üsyançılar hökumət qüvvələrinin nəzarətinə keçən rayonlarda 4 ildir ki, müqavimət göstərirdilər.

Hazırda Hələbin üçdə ikisi Suriya ordusunun nəzarətindədir.

Üsyançıların əlində olan rayonlarda on minlərlə dinc sakinin qaldığı güman edilir.

Fotonun müəllifi AFP
Image caption Hökumət təmayüllü qüvvələr şəhərin şərqində bir neçə rayonu ələ keçiriblər.

Hələbdə olan BBC müxbiri Lyse Doucet-in xəbərində deyilir ki, rəsmilər sakinlərin kütləvi şəkildə şəhərdən çıxmasına hazırlaşırlar.

Suriya ordusu ilə birlikdə döyüşən silahlılar şəhərin qədim qalasından şimalda yerləşən iki rayonu ələ keçiriblər, Suriyanın rəsmi Sana agentliyi bildirir.

Suriya İnsan Hüquqları müşahidə qrupu üsyançıların nəzarətində olan cənub-şərq rayonlarının şiddətli artilleriya atəşinə məruz qaldığını xəbər verir.

BMT şəhərdə ərzaq və tibbi ləvazimat təchizatı ilə bağlı acınacaqlı vəziyyətin yarandığını bildirir.

Bu arada Rusiya Müdafiə Nazirliyi hökumət qüvvələrinin əlində olan Hələbin qərb hissəsində rusiyalı hərbi müşavirin həlak olduğunu bildirir.

Məlumata əsasən artilleriya atəşi vaxtı yaralanan polkovnik Ruslan Galitski bundan bir neçə gün keçmiş vəfat edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş