İndoneziyanın Açeh əyalətində 6.5 bal gücündə zəlzələ baş verib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Ace əyalətində binaların bəziləri avtomobillərin üstünə dağılıb

İndoneziyanın şimali Açeh əyalətininin sahillərində baş vermiş dənizaltı təkanlar nəticəsində ən azı 52 insan həyatını itirib.

Sumatra adasından şimal-şərq istiqamətində baş vermiş 6.5 bal gücündə zəlzələ adada onlarla binaların dağılmasına səbəb olub.

İndoneziyanın meteoroloji agentliyi sunami təhlükəsinin olmadığını bəyan edib.

2004-cü ildə, Açeh əyalətində baş vermiş güclü zəlzələ tərəfindən yaranmış sunami ölkədə 160 mindən artıq insanın ölümünə səbəb olub.

ABŞ Geoloji Araşdırmalar Qurumu zəlzələnin yerli vaxtla saat 05:03-də, yerin 17.2 kilometr dərinliyində baş verdiyini deyib.

Rəsmilər ən azı 70 insanın ciddi xəsarət adlığını və ümumilikdə yüzlərlə insanın yaralandığını bildirir.

Milli fövqəladə hallar agentliyinin sözçüsü 200-dən artıq mağaza və evin dağıldığını bildirib. Qurum həmçinin 14 məsçidin çökdüyünü də qeyd edir. Bir məktəb və bir xəstəxana isə ciddi zədələnib.

Ən ağır ziyan alan Pidie Jaya rayonunun sədr müavini Said Mulyadi BBC İndoneziya xidmətinə ölənlərin sayının arta biləcəyini deyib.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Bir neçə məsçid və bina dağılıb
Fotonun müəllifi AFP
Image caption Xilasedicilər dağılmış evlərdə sağ qalan insanları axtarırlar

O, AFP xəbər agentliyinə ölülər arasında bir neçə uşağın olduğunu və yerli xəstəxanaların tamamilə dolu olduğunu deyib.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Xəsarət alanların bəziləri xəstəxanaların ətrafında qalır.

Lakin yerli fövqəladə hallar agentliyin sədri, Puteh Manaf, BBC-dən Mehulika Sitepu-ya deyib ki, ağır avadanlıqla sağ qalan insanlar axtarılır. Eyni zamanda bəzi xilasedicilərin ilk növbədə öz ailələrinə yardım göstərdiyi üçün əlavə köməyə ehtiyac var.

Fotonun müəllifi AP
Image caption Rəsmilər daha çox yardım və ağır avadanlıq üçün müraciət ediblər
Fotonun müəllifi AFP/Getty Images
Image caption Dağılmış binaların altında insanların qaldığını güman edən rəsmilər tələfatın artacağını bildirirlər

150 min əhalisi olan Pidie Jaya Açehin şimalı sahilində yerləşir.

Şəhər, əyalətin paytaxtı Banda Açehdən 110 kilometr uzaqlıqda yerləşir.

Zəlzələ Banda Açehi silkələyib, bölqədə çox sayda insan evlərindən getməyə məcbur edib. Zəlzələdən sonra növbəti təkanların qorxusundan, insanların çoxu evlərinə qayıtmaqdan çəkinirlər.

Yerli Meureudu şəhərinin sakini Musman Əziz, AP xəbər agentliyinə deyib ki, "Çox pis idi. Silkələnmələr 2004-cü ildə baş vermiş zəlzələdən daha şiddətli hiss olundu... sunaminin gəlməsindən çox qorxdum".

İndoneziya çox saylı zəlzələlər və vulkan püskürmələrilə nəticələnən seysmoloji aktiv regionda yerləşir.

Bu il Sumatra adasında bir neçə zəlzələ baş verib.

Bu barədə daha geniş