Time jurnalı Donald Trump-ı İlin Adamı seçib

Donald Trump mitinqdə (6 dekarb 2016) Fotonun müəllifi Gerry Broome

ABŞ-ın seçilmiş gələcək prezidenti Donald Trump Time jurnalı tərəfindən İlin Adamı seçilib.

Titul əmlak maqnatı Trumpa, onun Hillary Clinton-a qarşı gözlənilməz qələbəsindən sonra verilib.

Bəyanatdan az sonra cənab Trump, NBC televiziya kanalının Today verilişinə titulun özü üçün "çox mənalı" və "böyük şərəf" olduğunu deyib.

O Rusiya prezidenti Vladimir Putin və Hillary Clinton-un da daxil olduğu qısaldılmış siyahıdan seçilib.

Time jurnalının məsul redaktoru Nancy Gibbs deyib ki, Hillary Clintonun prezident seçkisindəki məğlubiyyətindən sonra cənab Trump-ın İlin Adamı seçilməsi çətin olmayıb.

Time yazıb ki, seçilmiş gələcək prezident Amerikanin siyasi qanunlarını yenidən yazıb.

Jurnal oxuyucularını İlin Adamını seçməyə səs verməyə dəvət edir, lakin sonuncu qərar redaktorların olur.

Siyahıda qızıl medal qazanan ABŞ gimnastı Simone Biles, müğənni Beyonce Knowles, Britaniyada Brexit üçün uğurlu kampaniya aparan Birləşmiş Krallıq Müstəqillik Partiyasının sabiq lideri Nigel Farage və Facebook-un yaradıcısı Mark Zuckerberg-in də adı var.