Pakistan: Beynəlxalq Hava Yollarının təyyarəsi qəzaya uğrayıb

Təyyarə təpənin üstündə yanır Fotonun müəllifi EPA
Image caption Qəza yerindən şəkil təyyarənin təpə üstündə yandığını göstərir.

48 nəfəri daşıyan Pakistanın Beynəlxalq Hava Yollarına məxsus təyyarə ölkənin şimalında qəzaya uğrayıb.

PK-661 reysi "Çitraldan İslamabada uçarkən nəzarət qülləsi ilə əlaqəsini itirib", aviaşirkət xəbər verib.

Hərbiyyənin məlumatına görə, Ordu İslamabaddan təxminən 70 kilometr şimalda yerləşən Havelian ərazisində baş vermiş qəza yerindən azı 26 nəfərin cəsədini aşkarlaya bilib.

Milli aviaşirkət daha əvvəl də təhlükəsizlik qaydalarını təmin etməməkdə günahlandırılıb.

Hava yolları şirkəti qeyd edib ki, təyyarə 42 sərnişin, beş ekipaj üzvü və bir mühəndis daşıyırdı.

Yerli rəsmilər qəzaya uğramış təyyarədən heç kəsin sağ çıxmasını gözləmədiklərini deyiblər.

Təyyarə Çitraldan yerli vaxt ilə saat 15:00-da havaya qalxıb və 90 dəqiqə sonra, İslamabada çatmadan bir az öncə, əlaqəni itirib.

İslamı qəbul edərək olan məhşur pop musiqisi ifaçısı Cuneyd Cəmşedin və onun həyat yoldaşının da təyyarədə olduğu deyilib.

Cəmşedin yarım milyon izləyicilərindən bəziləri 1987-cı ildə məhşurlaşan və "Pakistanın qeyri-rəsmi himni" kimi təsvir edilən Dil Dil Pakistan mahnısının ifaçısının ölümünü anıblar:

Fotonun müəllifi Twitter
Image caption "Cuneyd Cəmşed və Dil Dil Pakistan - bu gün uşağlığımın böyük bir parçasını itirdim"
Fotonun müəllifi Twitter
Image caption "Mənim gəncliyimin səsi, mənim nəsilimin səsi...#JunaidJamshed sənin üçün çox darıxacağıq. #pk661-də həlak olanlara dualarımı həsr edirəm"

Pakistanın baş naziri Navaz Şərif qəzaya görə "dərin qəm və kədər" hiss etdiyini deyib.

Son dəfə bu şirkətin təyyarəsi 2006-cı ildə qəzaya uğrayıb, həmin vaxt 44 nəfər həyatını itirib.

Bu barədə daha geniş