Hələb döyüşləri: Əsəd deyir ki, şəhərdə qələbə 'böyük addım' olacaq

Bashar Asad Fotonun müəllifi Reuters

Suriya prezidenti Bəşər əl-Əsəd deyib ki, onun qoşunlarının Hələb şəhərində qələbə qazanması ölkədə 5 ildir davam edən vətəndaş müharibəsinin sona çatmasında "böyük addım" olacaq.

Lakin o əlavə edib ki, şəhərin şimal hissəsindəki üsyançı qrupların məğlubiyyəti münaqişəyə son qoymayacaq.

Üsyançılar Hələbdəki köhnə son istehkamları olan Qədim Şəhərdən çıxarıldıqdan sonra dinc sakinləri evakuasiya etmək məqsədiylə 5 günlük barışıq elan olunmasıyla bağlı çağırış ediblər.

Lakin cənab Əsəd, onun qoşunlarının hücumu davam etdirdiyinə görə hər hansı atəşkəsi istisna edir.

Suriyanın al-Vatan qəzetinə müsahibəsində prezident Əsəd deyib:"Düzdür ki, Hələb şəhəri bizim üçün qələbə çalacaq, amma bu, Suriyada müharibənin sonu demək olmayacaq.

Lakin bu onun sonuna doğru böyük addım olacaq. Terrorçular istənilən yerdə var. Hətta biz Hələb müharibəsini bitirsək də onlara qarşı müharibəmizi davam etdirəcəyik."

On minlərlə dinc sakin üsyançıların nəzarətində olan cənubi-şərqi Hələbdə hələ də mühasirədədir.

Fotonun müəllifi AP
Image caption Suriya hökumət qüvvələri Hələbdə geniş miqyaslı döyüşləri davam etdirir

Üsyançı qrupları deyib ki, sakinlər təhlükə altındadır və onların əziyyətini yüngülləşdirmək üçün istənilən təşəbbüsü dəstəkləməyə hazırdırlar.

Sakinlərdən biri deyib ki, indi küçələr daha qarışıqdır və insanlar qorxur ki, onlar saxlanıla, həbs oluna və ya ölümünə işgəncə verilə bilərlər.

"Mən insanlar tanıyıram ki, onlar həqiqətən də heç nə etməyiblər, sadəcə 4-5 ildir etdikləırini edirdilər. Onlar sadəcə evlərində qalmaq istəyirdi və indi onlar rejim tərəfindən həbs edilirlər", müəllim və fəal olan Wissam deyir.

Aylardır davam edəv ağır bombalanmadan sonra şəhərdə qida təminatı tükənmək üzərədir və normal fəaliyyət göstərən xəstəxanalar yoxdur.

Hökumət qüvvələri hazırda Hələb şəhərinin 75 faiz hissəsinə nəzarət edir.

Çərşənbə günü ABŞ dövlət katibi John Kerry və Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı danışıqlar problemlə bağlı hər hansı uğurlu nəticə əldə olunmadan başa çatıb.

Rusiya və Çin bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının bir həftəlik atəşkəs elan olunmasıyla bağlı layihəsinə veto qoyub.

Bu barədə daha geniş