Cənubi Koreya prezidentinin impiçmentinə səs verilib

Xanım Park üzr istəyir Fotonun müəllifi European Photopress Agency
Image caption İndiki səsvermə onun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması deməkdir, amma həlledici qərarı təxminən 6 ay sonra konstitusiya məhkəməsi verəcək

Cənubi Koreyanın parlamenti korrupsiya qalmaqalı fonunda prezident Park Geun-hye-nin impiçmentinə səs verib.

Qərar 234 səs lehinə olmaqla qəbul olunub, bu, o deməkdir ki, hakim Saenuri partiyasının bəzi üzvləri də prezidentin impiçmentinə səs verib.

Xanım Parkın hakimiyyəti indi baş nazir Hwang Kyo-ahn-a keçir.

O, son həftələrdə əhalinin qəzəblənərək küçələrə axışmasına səbəb olan siyasi qalmaqala cəlb edilib.

Qalmaqala səbəb xanım Parkın dostunun Choi Soon-sil-in onun nüfuzundan istifadə edərək güc və maliyyə vəsaitləri əldə edilməsində ittiham edilməsi olub.

Prokurorluq xanım Parkın korrupsiyada "böyük" rolu olduğunu söyləyib, o isə bu iddiaları rədd edir.

Amma o, heç bir rəsmi vəzifəyə malik olmayan xanım Choi ilə sıx əlaqələri üçün dəfələrlə və açıq şəkildə üzr istəyib.

Fotonun müəllifi European Photopress Agency
Image caption Gizli səsvermədə xanım Parkın uzaqlaşdırılması üçün cəmi 200 səs lazım idi.

İndiki səsvermə onun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması deməkdir, amma həlledici qərarı təxminən 6 ay sonra 9 hakimdən ibarət konstitusiya məhkəməsi verəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş