Somalidə partlayış: azı 16 nəfər ölüb

Map locator

Somalinin paytaxtı Moqadişuda bomba yerləşdirilmiş avtomobilin partlaması nəticəsində azı 16 nəfər ölüb, rəsmilər deyirlər.

Bazar günü səhər saatlarında baş vermiş hadisə nəticəsində həmçinin onlarla insan yaralanıb.

Partlayış şəhərin əsas liman girişində baş verib.

Sakinlər partlayışın səsinin bütün şəhərdə eşidildiyini deyirlər.

Hadisənin kimin törətdiyi bəlli deyil.

Adətən burada fəaliyyət göstərən Somalinin islamçı əl-Şəbab qrupu belə hücumları törətdiyini deyir.

"Biz yaralanmış 48 insana yardım etdik və həyatını itirmiş 16 nəfəri daşıdıq", şəhərin təcili tibbi yardımının rəhbəri Abdikadir Abdirahman Adem bildirib.