Yeni razılaşmadan sonra neft qiymətləri qalxıb

Rusiyada neft platforması Fotonun müəllifi MIKHAIL MORDASOV
Image caption Rusiyada neft platforması

OPEC üzvü olmayan ölkələr arasında neft hasilatının azadılması barədə razılaşmadan sonra, neftin qiyməti kəskin artıb.

2015-ci ilin iyul ayından indiyədək ən yüksək qiymətə çatan Brent markalı neftin bir bareli 57.89 dollara qalxdıqdan sonra, 56.79 dollara düşüb. Lakin bu rəqəmlə Brent markalı neftin qiyməti 4.5 faiz artıb.

Bazar ertəsi, neft qiymətlərini artırmaq üçün, OPEC-ə üzv olmayan ölkələr gündəlik neft hasilatını 558,000 barel azaltmağa razılaşıblar.

Keçən ay OPEC öz hasilatını azaldacağını bəyan edib.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) yanvar ayından gündəlik neft hasilatını 1.2 milyon barel azaltmağa qərar verib.

Bu, 15 il ərzində bağlanmış ilk qlobal razılaşmadır.

"2017-ci ilin əvvəlində hasılatın kəsilməsindən sonra, neft bazarı artıq hasılatdan defisitə dəyişəcək", AP Bernstein analitiki deyib.

Lakin digərləri razılaşmanın neft qiymətlərinə uzunmüddətli təsirnii sual altına alıb.

Standard Life Investments-dən yatırım direktoru Thomas Moore, BBC 5 Live-a deyib: "Bu səhər neft qiymətinin artacağını görəcəksiniz - bu aydındır - lakin bunu kontekstə qoymaq lazımdır".

"Bu hasilatın günə 550,000 barel azalmasıdır və əlbəttə ki, bizdə OPEC-in hasilatından da bir milyon azalma var."

"Lakin dünya hasilatına baxdıqda, OPEC günə 33 milyon barel istehsal edir, ona görə də bu 1.5 milyon rəqəmi çox da yaxşı deyil."

"Əlavə edim ki, OPEC dünya neft hasilatının yalnız 40 faizini təşkil edir, ona görə də bəli, ilk gün təsiri olsa da, məncə bu kənarlarda olacaq.

Bazar ertəsi günü bağlanmış razılaşmada Rusiya, Meksiko və Bahreyn iştirak edib.

Razılaşma, 2014-cü ildən neft qiymətlərinin yarıdan çox azalmasından sonra bağlanıb.

Bu barədə daha geniş