Müşahidəçilər: Hələbin 90 faizi Suriya ordusunun nəzrətindədir

Suriya hökumət qüvvələrinin tankl, Hələb, 11 dekabr 2016. Fotonun müəllifi AFP
Image caption Suriya hökumət qüvvələrinin tankl, Hələb, 11 dekabr 2016.

Son aylar ərzində Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə hərbi əməliyyatlara başlayan Suriya ordusu özünü İslam Dövləti(İD) adlandıran qruplaşmanın Hələb şəhərinə nəzarəti əldən verməsinə demək olar ki, nail olub. Müşahidəçilərin məlumatına görə Şeyx-Səid rayonunu ələ keçirən Bəşir Əsəd qüvvələri şəhərin 90 faizinə nəzarət edirlər.

"Ordu Şeyx-Səid rayonuna nəzarəti tam ələ keçirib. Hazırda Suriya hökuməti Hələbin 90 faizinə nəzarət edir," - deyə Suriyanın Londonda yerləşən İnsan Haqları Monitorinq Mərkəzinin nümayəndəsi Rami Rəhman Frans-presse agentliyinə açıqlamasında bildirib.

Bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi son günlər ərzində həmin şəhərdən çoxlu sayda dinc sakinin çıxarılması barədə məlumat yaymışdı.

"Gün ərzində Rusiyanın Münaqişə edən tərəflərin Barışıq Mərkəzinin dəstəyilə Hələbin hələ də qiyamçıların nəzarətində olan ərazilərindən 5831-i uşaq olan 13346 dinc sakin çıxarılıb. Silahlarını təhvil verən 728 döyüşçü şəhərin qərb istiqamətində hərəkət ediblər", - deyə Suriyada Münaqişə aparan tərəflərin Rusiya Barışıq Mərkəzi "İnterfaks" agentliyinə açıqlamasında bildirib.

Suriya fəalları artıq son günlər ərzində 10 mindən çox qaçqının hökumətin nəzarətində olan ərazilərdə məskunlaşdıgını deyirlər.

Müşahidəçilərin sözlərinə görə aviasiya qüvvələri qiyamçılarınm nəzarətində olan və hələ də dinc sakinlərin olduğu rayonlara zərbələr endirməkdə davam edir.

Suriya ordusunun Hələbin şərq istiqamətində irəliləməsi uzun müddətdən sonra İD döyüşçülərinə vurulan ən ciddi zərbə kimi dəyərləndirilr. Şəhərin şərq hissəsi 4 il ərzində Bəşər əleyhdarlarının nəzarətində olub.

Suriyanın Londondakı İnsan Haqlarının Müdafiəsi Monitorinq Mərkəzinin məlumatına görə noyabrın 15-dən bu yana hökumət ordusunun Hələbin şərq istiqamətində apardığı əməliyyatlar nəticəsində azı 247 dinc sakin həlak olub. Rusiya hərbçiləri isə Hələbin şərq istiqamətində aparılan əməliyyatlar nəticəsində Qərb ölkələrinin çoxlu sayda dinc sakinin həlak olması barədə yayılan məlumatları təkzib edirlər.

Hələbdə edilən uğurların fonunda Suriya ordusu Palmira şəhərinə olan nəzarəti əldən verib. Bazar ertəsi Suriya rəhbərliyi Palmira şəhərinin özünü İslam Dövləti(İD) adlandıran qruplaşmanın nəzarətinə keçdiyini etiraf edib.

Ekspertlərin fikrincə, Suriya ordusu Palmiranı İD döyüşçülərindən azad etmək üçün Hələbdəki qüvvələrin bir hissəsini ora göndərməlidir.

Bu barədə daha geniş