Belçikalı hökumət işçisi pornoqrafik fotolarına görə işindən uzaqlaşdırılıb

Kamera Fotonun müəllifi Getty Images
Image caption Deyilir ki, qadın çılpaq şəkillərini nazirliyin beşinci mərtəbəsində çəkdiribdir.

Belçikanın daxili işlər nazirliyində işləyən bir qadın, ofisində və nazirliyin liftlərində çəkdirdiyi pornoqrafiq fotolara görə işindən uzaqlaşdırılıb.

Belçika mənbələrinə görə, qadın nazirlikdə altı il işləyib və israr edir ki, şəkillərin işinə dəxli yoxdur, onları sadəcə şəxsi istifadəsi üçün çəkib.

Amma onun müdiri bununla razılaşmır, çünki Twitter-də paylaşılmış şəkillərin nazirlikdə çəkildiyi aydındır.

Qadın yüksək məhkəməyə şikayət etsədə, məhkəmənin qərarı onun xeyrinə olmayıb.

Belçikanın gündəlik Het Laatste Nieuws qəzetinin verdiyi xəbərə görə, icraçı işçi kimi təsvir edilən, lakin şəxsiyyəti açıqlanmayan qadın ilk dəfə cinsi xidmətlər verən kişi və qadınlar barədə yayımlanan Fransız televiziyasının reportajında görünüb.

Daha sonra onun nazirlikdəki ofisində və mərkəzi Brüsselin Boulevard de Waterloo liftlərində çəkdirdiyi fotolar internetdə ortaya çıxıb.

'Bir cüzamlı kimi'

Qadının müdirinə xəbər verildikdən sonra, müdir ondan iş kartını və kompüterini verməyi istəyib.

Het Laatste Nieuws-un verdiyi xəbərə görə, qadın nazirliyi onun şəxsi həyatına və peşəkar nüfuzuna zərər vurmaqda günahlandırır.

Onun vəkilindən şərh almaq mümkün olmasa da, qadının bu sitatı dərc edilib: "Mənimlə bir cüzamlı kimi davranırlar".

Belçika mediası yazır ki, nazirliyin direktoru Benoit Breyne onun müvəqqəti olaraq, araşdırmalar bitənə gədər işdən uzaqlaşdırmağa qərar qəbul verib.

Belçikanın ən yüksək inzibati məhkəməsi, Dövlət Şurası qərar verib ki, o özü şəkillərini çəkib internetdə paylaşmaqla nüfuzuna zərər vurub.