Rus hakerləri "Almaniya seçkilərini hədələyir"

Fancy Bears internet səhifəsi - sentyabr 2016 Fotonun müəllifi AP
Image caption Rus haker qrupu Fancy Bears kiber hücumlarla əlaqələndirilib

Almaniya siyasətçiləri xəbərdarlıq ediblər ki, Rusiya hökuməti üçün fəaliyyət göstərən hakerlər gələn il Almaniya seçkilərini poza bilər.

Kansler Angela Merkelin mühafizəkar Xristian Demokratik İttifaqı (CDU) partiyasının deputatı Wolfgang Bosbach, Almaniya seçkilərinin "xarici manipulyasiya" təhlükəsində olduğunu deyib.

Xəbərdarlıqlar, Demokratlar Partiyasının həssas sənədlərini sızmaqda ittiham edilən rus hakerlərin ətrafında ABŞ-da yaranmış narahatlıqların ardınca bəyan edilib.

Həmçinin keçən il Almaniya parlamentinə yönəlik haker hücumunun Rusiya tərəfindən həyata keçirildiyi iddia edilir.

Adı çəkilməyən bir Almaniya təhlükəsizlik rəsmisi Wikileaks tərəfindən iki həftə əvvəl dərc edilən məxfi sənədlərin bu kiber hücumdan əldə edildiyini deyib.

Image caption Almaniya parlamentinin binası