Rusiya səfiri: qiyamçılar Hələbin şərqini "tərk edəcək"

dinc sakinlər Fotonun müəllifi AFP

Hələbin şərqində olan qiyamçı döyüşçülərlə istehkamlarını tərk etmək barədə razılaşma əldə edilib, Rusiyanın BMT-dəki səfiri bildirib.

Razılaşmanın mühasirə altında qalmış minlərlə əhaliyə aid olub-olmadığı bəlli deyil.

Bu barədə məlumat BMT-nin Suriyanın hökümət yönümlü qüvvələrinin şərqi Hələbdə evlərə girərək azı 82 dinc sakini öldürməsi barədə bəyanatından sonra verilib.

BMT-nin insan haqları qurumu Hələbin dörd ərazisində 82 dinc sakinin yerindəcə güllələndiyi barədə etibarlı məlumatın olduğunu bəyan edib.

BMT-nin sözçüsü deyib ki, "Hələbdə insanlıq tamamilə çöküb".

Şərqi Hələbi dörd il idarə edən üsyançı qüvvələr məğlübiyyət eşiyindədir.

Deyilənlərə görə hökümət yönümlü qüvvələr irəli getdikcə minlərlə insan hələ də üsyançıların əlində qalan son məhlələrdə ağır bombardman altındadır.

BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Suriya hökuməti və Rusiyaya bombardmanı dayandıraraq dinc sakinlər üçün təhlükəsiz çıxış yolu açmağa çağırıb.

Küçələr meyitlərlə doludur

Fotonun müəllifi Reuters
Image caption Dinc sakinlərin çoxu üsyançıların ərazilərini tərk etsədə, bu kişi əlindəki uşaqla birgə həmin ərazidə qalmaqdadır

Cenevrədə keçirilən mətbuat konfransında BMT-nin insan haqları sözçüsü Rupert Colville baş verən hadisələr barədə məlumat verib.

O deyilənlərə görə qeyd edir ki, 11 qadın və 13 uşaq daxil olmaqla, 82 dinc sakin güllələnərək öldürülüb.

Colville deyir ki, ona çoxsaylı dinc sakinin hökumətyönlü qüvvələr tərəfindən tutulmasından əlavə, döyüşçülərin "evlərə girib qadın və uşaqlar da daxil olmaqla, içəridə tapdıqları hər kəsi öldürdükləri" barədə məlumatlar verilib.

"Dünən axşam bizə narahatedici xəbər gəlib ki, küçələr meyitlərlə doludur", o əlavə edib.

"Güclü bombardman və yerindəcə güllələnmə təhlükəsinə görə sakinlər meyitləri götürə bilmirlər", Rupert Colville qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş