Trump biznes əlaqələrini həqiqətən kəsə bilərmi?

Donald Trump Fotonun müəllifi Reuters

Mətbuat konfransları yeni seçilmiş gələcək ABŞ prezidenti Donald Trump üçün nadir haldır.

Hillary Clinton-u məğlub etdikdən sonra onun media çıxışları adətən televiziya və arabir New York Times kimi əhəmiyyətli mətbuat qurumları ilə musahibələrlə məhdudlaşıb.

İndi isə o keçmiş peşəsi və yeni vəzifəsi arasında maraqların toqquşmaısnı aradan qaldırmaq üçün cümə axşamı gününə təşkil etdiyi mətbuat konfransını təxirə salıb.

Cənab Trump-ın sözçüsü bəyanatın gələn ilin yanvar ayında olacağını bildirib.

Onun prezidentliyə keçid komandasının sozçüsü Sean Spicer deyib ki, cənab Trump "çox sayda ikonik əmlaka və uğurlu qurumlara sahib olduğu üçün, bəyanatın yanvar ayına təxir salınması, onun diqqətini tamamilə ölkəyə və dünya səviyyəli kabinetinin köməyi ilə ambisiyalı hədəflərini yerinə yetirməyə yönəlib. Bu onun hüquqi komandasına düzgün protokolları yerinə yerləşdirməyə kifayət gədər vaxt verir."

Fotonun müəllifi AFP

Cənab Trump prezident olduğu müddətdə biznesinin uşaqları tərəfindən idarə ediləcəyinə işarə edib. Əlavə olaraq, uşaqlarının onun biznesinə sahiblik etdiyi dövrdə onların sahibliyinin Trestə qoyulacağı ehtimal olunur. Bu üsulla cənab Trump-ın biznes gəlirlərindən faydalanmağa imkanı olmayacaq.

Cənab Trump bunu özünün maraqların toqquşmasından uzaqlaşdıracağı kimi göstərmək istəyir. Lakin bu hərəkəti 40 ildən çoxdur ki, ABŞ prezidentləri üçün "qızıl standart" sayılan səylərdən fərqlənir.

Fotonun müəllifi AP
Image caption Donald Trump biznesini "tamamilə" tərk etdiyini bəyan edib

Keçmişdə bəzi prezidentlər mülklərini tamamilə satmağa qərar veriblər, digərləri gəlirlərini onlardan asılı olmayan fondlara yönəldib.

Bu sistemlə prezidentin vəzifələrinə uyğun olmayan şəkildə davranmasına imkan yaranmır.

Obama administrasiyasının keçmiş etika üzrə hüquqi məsələlərdə məsləhətçisi və hazırda Brookings Institution beyin mərkəzində işləyən Norman Eisen, cənab Trump-ın planının gözlənilən tələblərə cavab vermədiyini deyir.

"Məncə cənab Trumpın - o gün tvitində dediyi kimi, biznesinin idarəçiliyindən uzaqlaşması kifayət deyil."

"Bunu edərək o hələ də maddi maraqlardan imtina etməyəcək. Nə gədər ki, o [biznesindən] maddi baxımdan faydalanırsa onun hərəkətlərinin ən azı maddi maraqları tərəfindən yönəldiyi təəssüratı yaranacaq."

"Məncə bu əslində təəssüratlardan da artıq, əsl maraqların toqquşmasını yaradacaq", cənab Eisen deyir.

Fotonun müəllifi Getty Images
Image caption Yerli ortaqlar onun adını öz binalarında istifadə etmək üçün cənab Trump-a pul ödəyir

Hazırki vəziyyət Trump administrasiyasının maraqların toqquşmasının ehtimalını artırır. Onun biznes imperiyası artıq Trump adının dünya ətrafında istifadəsi üçün lisenziyalı satışı üstündə qurulub.

Bizim qrafika onun biznes imperiyasının ölçüsünü göstərir, lakin onun adını daşıyan mülklərin yalnız bir neçəsi ona məxsusdur. Şotlandiyadaki qolf kursu Trumpın şəxsi maddi yatırımı ilə maliyyələşən az sayda mülklərdən biridir.

Bir çox halda o yerli ortaqlardan istifadə edir, bu zaman otel və ofislərində onun şöhrətli adından istifadə edənlər ona pul ödəyirlər.

Donald Trumpın, Trump Nation (Trump Dövləti) adlı bioqrafiyasının müəllifi və kitabın nəşri nəticəsində məhkəməyə cəlb edilən, lakin bu iddialara qarşı qələbə qazanan Bloomberg jurnalisti Tim O'Brien, cənab Trump-ın lisenziya imkanlarından nadir halda imtina etdiyini deyib.

"O əlverişli müqavilələri sevir. O qısa müddətli uğurları sevir. Demək olar ki, o, iş masasının üstündən keçən hər müqaviləyə imzalamağa can atır. O, bu barədə çox intizamsızdır."

"Məncə onun orda oturarkən, Oval Ofisə (ABŞ prezidentinin rəsmi iş otağı) gələcək saysız imkanlardan imtina etmək fikri yoxdur."

Ağ Ev-də məsləhətçi kimi işləyən və indi təhlil ilə məşğul olan Pippa Malgrem, lisenziya modelinin mübahisə yaratdığını düşünür.

O deyir ki, Trump adının dəyərini nə artırırsa - məsələn prezidentliklə əlaqələndirilmə - bu, cənab Trumpın idarəsi altında olmayan təşkilata təsir edəcək.

Amma o deyir ki, Demokratlar cənab Trump-a dərs verməyə çox can atmamalıdır.

"Clinton Foundation-a qarşı eynilə bu iddialar edilmişdi - dövlət katibi vəzifədə olduğu dövrdə dövlətlər və şirkətlər bilirdilər ki, Clinton Foundation-a sərmayə yatırsalar, bu bir cür təsir qazancı ilə nəticələnəcək", Malgrem xanım deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş