Britaniya mətbuatı: Viruslar niyə qadınlara "mərhəmətli", kişilərə "rəhmsizdirlər"?

Türkiyə məhbus jurnalistlərin sayına görə Çini ötüb

"The Guardian" yazır ki, bu il ərzində dünya boyunca hökumətlərin həbs etdiyi jurnalistlərin sayı son 30 ilin istənilən vaxtındakı ilə müqayisədə rekord həddinə çatıb və buna səbəb ilk növbədə Türkiyədə iyul çevriliş cəhdinin ardınca həbs edilənlərin arasında çox sayda jurnalistin olmasıdır.

Jurnalistləri Müdafiə Komitəsinin (Committee to Protect Journalists - CPJ) araşdırmasında deyilir ki, dekabrın 1-ə olunan məlumata görə dünya boyunca 259 jurnalist həbsxanada idi və bunların 81-i Türkiyənin payına düşür.

"The Guardian" yazır ki, Türkiyədə həbs edilmiş redaktorlar, karikaturaçılar və fotomüxbirlərə qarşı antidövlət ittihamları irəli sürülüb.

Bu istənilən seçilmiş vaxt müddətində bir ölkənin həbsxanalarında saxlanan ən çox jurnalist deməkdir.

"The Guardian" yazır ki, Türkiyədə daha onlarca jurnalist həbs edilib, lakin CPJ onların peşə fəaliyyəti ilə əlaqədar həbs olunub-olunmaması faktlarını hələlik dəqiqləşdirməyib.

Türkiyə yazıçısı Elif Şafak New Yorker məcmuəsində yazır ki, məhbus jurnalistlərin sayı 140-dan çoxdur.

CPJ-in hesabatında deyilir ki, Türkiyədə hökumətin mətbuat azadlığı üzərinə hücumları hələ çevrilişdən çox əvvəl, 2016-cı ilin əvvəllərindən başlamışdı.

Məqalədə deyilir ki, çevriliş cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyətdə Türkiyə çevriliş rəğbətlisi olmaqda şübhəli bildiyi yüzlərlə insanı həbsxanalara salıb.

Çevrliş cəhdindən sonrakı iki ay müddətində prezident Recep Tayyip Erdoğanın hökuməti 100-dən çox jurnalisti həbs edib və azı 100 media qurumunu bağlayıb.

Türkiyəni çıxmaq şərtilə ötən ilin müvafiq dövründə dünya üzrə həbs edilmiş jurnalistlərin sayı 199 idi.

Bu, CPJ-in 1990-cı ildən apardığı araşdırmalarda üzə çıxmış ən böyük məhbus rəqəmidir.

Fotonun müəllifi Getty Images
Image caption Çevrliş cəhdindən sonrakı iki ay müddətində prezident Recep Tayyip Erdoğanın hökuməti 100-dən çox jurnalisti həbs edib və azı 100 media qurumunu bağlayıb.

Burada itkin düşmüş və ya qeyri-dövlət qruplarının girovunda olan jurnalsitlərin sayı nəzərə alınmayıb.

Türkiyədən sonra 2016-cı ildə dünyada jurnalistlərin ikinci məhbəsçisi Çin olub. Orada dekabrın 1-nə olan məlumata görə həbsxanalarda 38 jurnalist vardı.

Bundan əvvəlki illərdə Çin dünyanın ən böyük jurnalist məhbəsçisi idi.

CPJ-in hesabatında deyilir ki, Çində də jurnalistlərə qarşı təqib və hücumlar çoxalıb.

Həbsxanalarında 25 jurnalist olan Misir üçüncü yerdədir. Onların əksəriyyəti məhkəməyə çıxarılmadan illərdir ki, kameralarda saxlanır.

Eritrea və Efiopiya 4 və 5-ci yerləri bölüşdürürlər.

2008-ci ildən bəri ilk dəfədir ki, İran "jurnalist məhbəsçilərinin" ilk beşliyinə düşməyib.

Xəbər verilir ki, İranda 2009-cu il hadisələri ilə əlaqədar məhkum edilmiş jurnalistlərin çoxu cəza müddətini çəkərək azadlığa çıxıb.

Viruslar kişilər üçün qadınlar üçün olduğundan daha ölümcül imiş

"The Telegraph" qəzetinin elm məsələləri üzrə redaktoru Sarah Knapton yazır ki, kişilər tarixən ən adi xəstəliklərə də zəif davamlılıqlarına görə lağa qoyulublar.

Lakin indi yeni elmi araşdırma göstərib ki, günah kişilrədə deyil və bir sıra xəstəliklərin virusları məhz kişilərin "axırına çıxmağı məqsəd qoyublar".

Londondakı Royal Holloway Universitetinin alimləri aşkar ediblər ki, müəyyən viruslar kişilərə daha çox yoluxmaq üçün təkamül ediblər.

Bunun xüsusilə kişilərə analarından keçmiş bəzi xəstəliklərin, məsələn - qızılca, suçiçəyi, zika və hepatit kimi xəstəliklərin viruslarına aid olduğu qeyd olunur.

Sadə dildə deyilsə, qadınlar viruslar üçün kişilərdən daha qiymətlidirlər çünki onlar virusların daşıyıcısı rolunu oynayırlar.

Royal Holloway Universitetinin nəzdindəki Bioloji Elmlər Məktəbinin professoru doktor Francisco Úbeda deyib ki, "viruslar təkamül nəticəsində qadınlar üçün daha az təhlükəli forma ala bilərdilər".

Alimin sözlərinə görə, viruslar döş əmizdirilməsi və ya sadəcə doğuşla keçmək istədiklərindən qadın orqanizmi üçün öldürücü olmamağa adaptasiyta olunublar.

"Başqa sözlərlə, - yazır Knapton - Viruslar qadınlar üçün can sağlığını saxlamağa çalışrlar ki, özləri arta bilsinlər".

Alimlər bu ehtimalım doğruluğunu sübut etmək üçün insanın qanındakı T-limfositlərinin 1-ci tip limfotropik virusuna diqqət yetiriblər. Bu viruslar insanda leykoz xəstəliyini törədir.

Məlum olub ki, bu virusa anadan-uşağa sxemi ilə yoluxmuş qadınlarda leykozun yaranması kişilərdə olduğundan daha az hallarda baş verir.

Fotonun müəllifi AP
Image caption Araşdırmanın nəticələrinə görə yoluxucu xəstəliklərdən ölüm halları kişilərdə qadınlardan daha çox qeydə alınır.

Bundan başqa yoluxucu xəstəliklərdən ölüm halları kişilərdə qadınlardan daha çox qeydə alınır.

Bu elmi araşdırmadan isə bəlli olub ki, virusların özləri qadınların daha ağır xəstələnməsinin qarşısını alır.

Royal Holloway Universitetinin Bioloji Elmlər Məktəbindən professor Vincent Jansen deyib ki, qadınlar və kişilərin müxtəlif yoluxucu xəstəlikləri necə keçirməsi arasındakı fərq çoxdan məlum idi, lakin indi virusların özlərinin təkamül nəticəsində buna səbəb olduğu bilinib.

Alimlər riyazi modelləmə üsulu ilə öyrəniblər ki, təbii seçmə yoluxucu xəstəlik viruslarının qadınlar üçün daha az ölümcül olanlarının artmasına şərait yaradıb.

Bundan başqa birinci tip leykoz virusunun Yaponiyada və Karib hövzəsində yayılma meylləri araşdırılıb. Məlum olub ki, Yaponiyada sözü gedən virusun yetkinlik yaşına çatması kişi orqanizmində qadın orqanizimindən 2, 5 və hətta 3 dəfə çox baş verib.

Lakin bu da qeyd olunur Karib hövzəsində virusun cinslər üzrə paylanması 50:50 nisbətində olub.

Alimlər Yaponiyada və Karib hövzəsində qeydə alınmış bu böyük fərqin səbəbinə də diqqət çəkirlər. Yaponiyada uşaqların döşlə əmizdirilməsi müddəti daha çox olduğundan virusun uşağa ötürülməsi imkanları da artır.

Başqa sözlərlə virus Karib hövzəsi regionunda yaşayan qadınılar üçün daha təhlükəli olub.

Alimlər deyirlər ki, daha güclülərin sağ qalmasını təmin edən təbii seçmə və deməli təkamül təkcə insan və heyvanlarda deyil, mikroorqanizmlərdə də eyni cür gedir.

Əlaqəli mövzular

Bu barədə daha geniş