Hollandiya məhkəməsi: Krım qızılı "Ukraynaya qayıtmalıdır"

Eramızdan əvvəl IV əsrə aid kolleksiyaya qızıl skif mərasim dəbilqəsi aiddir Fotonun müəllifi Allard Pierson Museum, Amsterdam
Image caption Eramızdan əvvəl IV əsrə aid kolleksiyaya qızıl skif mərasim dəbilqəsi aiddir

Amsterdam məhkəməsi Hollandiyada bir muzeyə icarəyə verilmiş qədim ləl-cəvahiratın Krıma deyil, Ukraynaya qaytarılmasına dair qərar çıxarıb.

Krıma aid olan kolleksiya 2014-cü ilin martında Allard Pierson muzeyində göstərilərkən Rusiya Krımı özünə ilhaq edib.

Krımın dörd muzeyi kolleksiyanın qaytarılmasını istəyib, lakin Ukrayna onların dövlət mülkiyyəti olduğunu qeyd edib.

Məhkəmə Unesco qaydalarına əsasən qərar verib ki, varidat suveren ölkəyə qaytarılmalıdır.

Krım suveren ölkə olmadığı üçün məhkəmə Ukraynanın kolleksiya barədə qərar verməli olduğunu deyib.

Hakimlərə görə, Ukrayna məhkəmələri kolleksiyaların həqiqi sahibini təyin etməlidir.

Məhkəmə həmçinin Ukrayna hökümətinin xəzinənin iki il icarəsi üçün muzeyə 110 min avro ödəməsini istəyib.

"Ukrayna uddu"

Hollandiyada Krımın qədim yunanların müstəmləkəsi olduğu zaman qızıl əşyalara aid "Krım - Qara Dənizin qızıl və sirləri" sərgisi 2014-cü ildə fevraldan mayadək göstərilib. Krımdan dörd, Kiyevdən isə bir muzey əşyaları Amsterdama icarəyə verib.

Kolleksiyaya eradan əvvəl 4-cü əsrə aid skiflərin dəbilqəsi də aiddir.

Fotonun müəllifi Allard Pierson museum
Image caption Kolleksiyada bu qılınc və qın da yer alır

Ukraynalılar məhkəmənin qərardan şad olub.

"Ukrayna hər cürə qazandı!" mədəniyyət nazirinin müavini Svitlana Fomenko deyib.

Prezident Petro Poroşenko bildirib ki, məhkəmənin qərarı "skif qızılının sadəcə Ukraynaya yox, həm də Krıma aid olduğu" deməkdir.

Lakin, sərgidə iştirak edən krımlı arxeoloq Valentina Mordvintseva bildirib ki, bu məsələ siyasətdən üstündür:

"Bu, sanki xüsusi kitabın bir səhifəsini cırmaq kimdiir. Bu maddi-mədəniyyət əşyası bizim torpağımızdan gəlir, buna görə Krıma dönməlidir," o, Hollandiya mətbuatına bildirib.

Kolleksiya Kiyevə dərhal göndərilməyəcək. Rusiya hökuməti üç ay ərzində qərardan şikayət verə bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş