Avstriya: Parlament Hitlerin doğulduğu evi müsadirə etməyə səs verib

Adolf Hitlər (1945-ci il) Fotonun müəllifi Getty Images
Image caption Hitler binanın üst mərətbəsində doğulub

İllər ərzində davam edən mübahisədən sonra, Avstriya parlamenti Adolf Hitlerin 1889-cu ildə doğulduğu evin müsadirəsi barədə qanun layihəsini dəstəkləyib.

Evin sahibi Gerlinde Pommer Braunau am İnn şəhərində yerləşən evi satmaqdan və ya təmir etməkdən dəfələrlə imtina edib.

Xanım Pommer-ə kompensasiya veriləcəyi deyilir. Lakin hökumətin qonaq evi kimi istifdə edilən bina ilə bağlı planları barədə məlumat yoxdur.

Hakimiyyət evin neo-nasistlərin üçün cəzb yeri olmasını istəmir. Buna görə hökumət ev sahibinə illərlə səxavətli kirayə haqqı odəyib.

Parlamentin qərarı, artıq təqaüdə çıxan xanım Pommer-in və hökumətin illərlə sürən mübahisəsini sona qoyur.

Keçmişdə, ev yerli xeyriyyə təşkilatı və xüsusi ehtiyacları olan insanlar üçün mərkəz kimi istifadə olunub.

Lakin bir neçə il əvvəl, xanım Pommer evin təmirinə icazə vermədikdən sonra, xeyriyyə təşkilatı evi tərk etməyə məcbur olub.

Binanın gələcəyi ətraflı müzakirəyə səbəb olub. Bəziləri binanın uçurulmasını tələb edib, digərləri isə onun yeni məqsədlərlə istifadə edilməsini təklif edib.

Evin uçurulmasını istəyənlər arasında, Avstriyanın daxili işlər naziri Woflgang Sobotka-da var.

Tarixçilərdən ibarət komissiya evin dağıdılma təkliflərini Nasist tarixinin suallarından qaçınmaq kimi qiymətləndiriblər.

Bir neçə mədəniyyət təşkilatı şəhərin qədim mərkəzində yerləşən binanın tarixi abidə kimi qorunmalı olduğunu deyir.

Adolf Hitler 1989-cu il 20 apreldə Avstriya-Almaniya sərhədi yaxınlığındakı binanın üst mərtəbəsində, kirayə edilmiş otaqda doğulub.

Nasistlərin hakimiyyəti dövründə Hitler-in evi onun tərəfdarları üçün böyük əhəmiyyətə malik olub və çox sayda turistlər cəlb edib.

Lakin, nasistlərin məğlubiyyəti yaxınlaşdıqca, ev 1944-cü ildə bağlanmışdı.

Bu barədə daha geniş