Milli himn səslənərkən ayağa qalxmayan hindistanlılar, niyə cəzalandırılırlar?

Ali məhkəmə filmlərdən öncə himn səsləndirilməsini və hər kəsin onu ayaq üstə dinləməsini vacib qəbul edib Fotonun müəllifi AP
Image caption Ali məhkəmə filmlərdən öncə himn səsləndirilməsini və hər kəsin onu ayaq üstə dinləməsini vacib qəbul edib

Bazar ertəsi günü axşam, Hindistandakı kinoteatrlardan birində himn səslənərkən ayağa qalxmayan on iki nəfər həbs olunub.

Kerala-da yerləşən Trivandrum şəhərindəki beynəlxalq film festivalını izləməyə gedən on iki nəfər sərbəst buraxılsalar da, "dövlət qulluqçusuna itaətsizlik və başqalarına maneə və ya narahatçılıq törətməkdə" ittiham olunublar.

Polisin dediyinə əsasən, bazar günü Chennai kinoteatrında isə, himn əsnasında ayağa qalxmayan səkkiz nəfər isə himnə hörmətsizlik adı ilə təhqirə və hücuma məruz qalıb.

Həbs və ittihamlar keçən ay Ali Məhkəmənin kinoteatrlarda hər filmdən öncə himn səsləndirilməsi və bu əsnada tamaşaçıların ayaq üstə qalxmasını tələb edən qanundan sonra yaşanıb.

"Mən elə bilirdim ki, yerimizdən qalxsaq, yerimizi itirə bilərik," saxlanılanlardan biri Indian Express-ə deyib.

Bu mübahisəli qayda - həm də hakim Hindu milliyyətçi BJP partiyası dəstəkləyir - hindistanlıların patriot hisslərinin aşılanması tələbindən irəli gəlir və ilk dəfə deyil ki, insanların milli musiqilərə hörmət qoymamağa görə hədəfə alınırlar.

Oktyabr ayında əlil arabasından yerinə aparılan fiziki məhdudiyyətli bir kişi, tamaşaçılar tərəfindən ayağa durmadığı üçün təhqir olunub.

Fotonun müəllifi BS PRASANNAN
Image caption İnsident bazar ertəsi günü, Keraladakı beynəlxalq film festivalında baş tutub
Fotonun müəllifi BS PRASANNAN
Image caption Bazar günü kinoteatra gedənlərdən bəziləri ayağa qalxmadıqlarına görə, saxlanılıblar

Ötən üç il ərzində insanlar, himn üçün ayağa qalxmadıqlarına görə kinoteatrlardan uzaqlaşdırılır və ya ittiham olunurlar.

1971-ci ildə qəbul olunmuş qanuna əsasən, himn ifa edilərkən maneə törədən və ya "himni ifa edən bir qrup insana mane olan" hər hansı bir şəxs, üç il həbs qəti imkan tədbiri və/yaxud cərimə cəzası alır.

Oktyabr ayında Ali Məhkəmənin təsdiq etdiyi qayda, milli hökumətin qanunu ciddi tətbiq etməsi üçün yol acır.

Qaydaya əsasən, himn bütün kinoteatrlarda bayrağın şəkili müşayiətində səsləndirilməli və hər kəs ayağa qalxmalıdır. İnsanların girib və ya çıxmasının qarşısı alınsın deyə qapılar bağlı qalmalıdır. Məhkəmə sonra, "fiziki məhdudiyyətli şəxsləri istisnadır" əlavəsi ilə qaydaya düzəliş edib.

Fotonun müəllifi haris kuttipuram
Image caption Ali məhkəmə, kinoteatrlarda himnin səsləndirilməsini vacib qayda kimi qəbul edib

Ali məhkəmə tənqidçiləri isə qaydanı, məhkəmənin həddi aşması və ifadə azadlığına hücum kimi qiymətləndiriblər.

Siyasi alim Suhas Palşikar, qaydanı "insanları subyektə çevirmək" hədəsi kimi qəbul edir.

Keçmiş diplomat Qopalkrişna Qandi isə yazıb: "Milli himn nəqliyyat üçün işıqfor deyil ki, hörmət edilsin. Bu, ödənməli olan vergi də deyil. Nə də ki, cavablandırılması gərəkən imtahan testidir."

Fotonun müəllifi AP
Image caption Milli himn ABŞ və bir çox başqa ölkələrdə, vətənpərvərlik əlaməti kimi qəbul olunur

Milli himnlər dünyanın hər tərəfində vətənpərvərlik əlaməti kimi qəbul olunur. Yaponiyada məktəb müəllimlərinə, himn səslənən zaman ayaq üstə dayanmadıqlarına görə xəbərdarlıq edilib.

Meksikada isə himnin sözlərini səhv salan bir qadın cərimələnib.

Amerikada da bu məsələyə çox ciddi yanaşılır. Sentyabrda amerikalı futbolçu Colin Kaepernick, qara dərili adamlara qarşı polis davranışına görə təşkil olunmuş etirazda səslənən himn üçün ayağa qalxmadığına görə, ölümlə hədələndiyini deyib.

"Bəzi milli siyasətlə məşğul olan sağçılar, himni təbii olaraq vacib məsələ kimi qavrayırlar," Princeton Universitetinin tarix müəllimi Kevin Kruse bildirib.

"Bu, əvvəllər də, xüsusilə də, müharibələr zamanı daha vacib olub. Məsələn, Vyetnam müharibəsi əsnasında himinin siyasiləşdirilməsi, 1968-ci il Olimpiyada etirazına səbəb olmuşdu."

Lakin Hindistanda bu barədə insanları narahat edən şey, vətənpərvərliyin dövlət tərəfindən idarə olunmasıdır.

Siyasi alim Suhas Palşikar-a görə, dövlətin nəzarətində olan vətənpərvərlik, adətən itaətsiz iğtişaşlara və ya avtoritar idarəetməyə, yaxud hər ikisinə yol açır.