Obama haker hücumları ilə bağlı Rusiyaya qarşı tədbir görməyə söz verib

Fotonun müəllifi Reuters
Image caption ABŞ-ın nə kimi tədbir görəcəyi hələ məlum deyil

ABŞ prezidenti Barack Obama ABŞ prezident seçki kampaniyasına iddia olunan müdaxiləsi ilə bağlı Rusiyaya qarşı tədbirlər görməyə söz verib.

"Biz tədbir görməliyik və edəcəyik", o ABŞ radiostansiyası NPR-a deyib.

ABŞ Rusiyanı Demokratlar partiyası və partiyanın bu il baş tutan president seçkilərində əsas namizədi olan Hillary Klintonun köməkçisinin electron ünvanının haker hücumuna məruz qoymaqda ittiham edir, Kreml isə bu iddiaları qəti şəkildə təkzib edir

Yeni seçilmiş prezident, Respublikaçılar partiyasından olan Donald Trump da iddianı "gülünc" və siyasi motivli adlandırıb.

Xüsusi xidmət orqanları deyirlər ki, onlarda hücumlarının arxasında Kremllə əlaqəsi olan rus hakerlərin dayanması barədə təkzibedilməz sübutlar var.

Cümə axşamı Ağ Evin mətbuat katibi bildirib ki, Rusiya prezidenti Vladimir Putin də kiberhücuma cəlb olunub.

Bir neçə saat sonra, cənab Obama deyib: "Heç şübhə yoxdur ki, hansısa xarici dövlət seçkimizin bütövlüyünə təsir etmək istəyirsə, biz öz seçdiyimiz yerdə və zamanda tədbir görməliyik və edəcəyik".

ABŞ-ın nə kimi tədbir görəcəyi hələ məlum deyil. Cənab Obama yanvarın 20-də vəzifəsini tərk edəcək.

Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, Rusiya bu addımı seçkilərin nəticələrini Donald Trumpun xeyrinə dəyişmək üçün edib, lakin ictimaiyyətə heç bir fakt təqdim edilməyib.

Cənab Trump Demokratları seçki məğlubiyyətinə görə utancı gizlətmək üçün Rusiyanın müdaxiləsi ilə bağlı iddiaları uydurmaqda ittiham edib.

O, həmçinin, cənab Putinə heyranlıq nümayiş etdirib. Amma onun dövlət katibi üçün Rusiya lideri ilə sıx əməkdaşlıqla işləyən neft maqnatı Rex Tillerson-u seçməsi narahatlığına səbəb olub.

Bu barədə daha geniş