Suriyalı millət vəkili "terroristləri" öldürmədikləri üçün təəssüflənir

Hələbdə avtobus Fotonun müəllifi AFP
Image caption Hələbin şərqində 50,000 insanın qaldığı xəbər verilir

BBC Radio 4-ə verdiyi müsahibədə, Hələbli millət vəkili Fares Şehabi, şərqi Hələbdə üsyançı qüvvələrin təxliyəsinə təəsüfləndiyini deyib.

Cənab Şahabi üsyançıları əl-Nusra Cəbhəsinin döyüşçüləri olduğunu iddia edərək, hökumətin "onların hamısını öldürməməsinə təəssüfləndiyini" deyib və üsyançıların Britaniyanın və ABŞ-ın "terrorçu siyahısında" olduğunu bildirib.

Suriyada "terrorun NATO, Türkiyə, Qatar və Səudiyyə Ərəbistan tərəfindən dəstəkləndiyini" iddia edən cənab Şahabi, Hələbin "NATO tərəfindən dəstəklənən "iblis terrorçuların" şərqi Hələbi tərk etməsinə "əlbəttə sevinməliyəm" deyib.

O üsyançıların təxliyəsini və Hələbin tamamilə hökumətin nəzarətinə keçməsinin "bayram günü" olduğunu bildirib.

"Qərbdəki əziz dostlar! Biz onları öldürəcəkdik, amma sizin liderləriniz onları azad etməmizi istədi. Buyurun, indi öz ölkələrinizdə onlardam feyziyab olun!", bundan öncə o öz Twitter hesabında yazıb.

"Parçalanmamış şəhər"

Minlərlə insanın ölümünə səbəb olan Hələb döyüşlərinin nəticəsinin düzgün olub olmaması barədə suala, cənab Şehabi ölümlərin "minlərlə adamın canlı qalxan kimi istifadə edildiyinə" görə baş verdiyini israr edib.

Hələbdə nə baş verir?

Hələb sakininin fəryadı: "Bu sonuncu zəngim ola bilər"

Hələbin alınması nəyə gətirəcək?

BBC təhlilçisi: "Əsəd üçün Hələb Palmiradan vacibdir

Əvvəl üsyançıların suriyalı olduğu inkar edən cənab Şehabi, müxbirin təkidli suallarından sonra "əlbəttə bəzi suriyalıar var idi, necə ki, Bin Ladenin Əfqanistandaki bandasında da əfqanlar var idi", o deyib və əlavə edib ki:

"Həmişə ən çox dollar verən adamlara qoşulan cinayətkarlar olur, amma bu o demək deyil ki, biz onları qəbul etməliyik...onlar Hələbin müxtəlif yerlərini qəsdən bombalayaraq 11 min dinc sakini öldürüblər."

Hələbi "parçalanmamış şəhər" adlandıran Şehabi, vətəndaş müharibəsi nəticəsində dağılmış şəhərin həqiqətən də birləşik adlandırmaq olarmı sualına öz cavabında ikinci dünya müharibəsilə müqayisə edib:

"Əlbəttə parçalanmamış şəhərdir. 100,000 şərqi hələbli iki həftə əvvəl azad edilib və terrordan azad edildiklərinə görə sevinirlər və evlərinə qaydırlar. İkinci Dünya Müharibəsində siz Berlini azad edəndə nə adlandırmışdınız? Əlbəttə ki, onun dağılması təəssüfləndirici haldır, lakin siz nasistləri bitirdiniz. Siz bilirsiniz ki, mənim şəhərimdəki terrorçular nasistlərdən də betərdi?", deyə o BBC müxbirindən soruşub.

Bu barədə daha geniş