Rusiya ABŞ-ın iddialarını "ədəbsiz" adlandırıb

Putin və Obama Çində Fotonun müəllifi AP
Image caption Sözügedən haker hücumu, Suriya və Krım məsələləri ABŞ-Rusiya münasibətlərini gərginləşdirir

ABŞ iddia edir ki, Rusiya rəsmi e-maillərə haker hücumu edib, Kreml isə bunu, sübutu olmayan "ədəbsizlk" adlandırıb.

"Onlar, ya bu haqda danışmamalıdırlar, ya da bunu sübut etməlidirlər," Rusiya prezidenti Vladimir Putinin sözçüsü deyib.

ABŞ prezidenti Barack Obama, Rusiyanın, ABŞ prezident seçkilərinə bu yolla qarışdığı üçün addım atacağını bəyan edib.

"Hərəkət etməliyik və edəcəyik," o, ABŞ radio şəbəkəsi NPR-a deyib.

Rusiya ABŞ tərəfindən, Demokratik Partiya və Hillary Clinton-un adyutantının e-maillərinə haker hücumunda ittiham olunur, lakin Kreml bunu rədd edir.

Yeni seçilmiş respublikaçı prezident Donald Trump də iddiaları "cəfəng" və "siyasi motivli" adlandırıb.

Fotonun müəllifi Reuters
Image caption Clinton seçki kampaniyasının rəhbəri John Podesta-nın e-maili, haker hücumuna məruz qalıb və WikiLeaks-da dərc olunub

Kəşfiyyat agentlikləri, Kreml ilə əlaqəli rusiyalı hakerlərin bunu etdiklərini sübut edən dəlillərə sahib olduqlarını söyləyiblər.

Cümə axşamı günü Ağ Ev sözçüsü deyib ki, prezident Vladimir Putin kiber-hücumlara dəstək olub.

Bir neçə saat sonra Cənab Obama bildirib: "Düşünürəm ki, seçkilərimizin tamlığına təsir göstərməyə çalışan istənilən dövlətə qarşı, biz, seçdiyimiz vaxt və məkanda hərəkət etməliyik və edəcəyik.

"Bunlardan bəziləri aydındır və cəmiyyətə açıqlanıb. Bəziləri isə yox."

"Cənab Putin, bu haqda nə hiss etdiyimdən xəbərdardır, çünki özü ilə birbaşa söhbət etmişəm."

Cənab Obamanın yanvarın 20-si ofisdən ayırılacağı nəzərə alınarsa, ABŞ-ın necə addım atacağı aydın deyil.

E-maillərin ortaya çıxması, seçki kampaniyasının həlledici anında Demokratik Partiya üçün utancverici olmuşdu.

MKA (Mərkəzi Kəşfiyyat Agentliyi) düşünür ki, Rusiya, seçkinin Cənab Trump xeyrinə yön alması üçün bu yola əl atıb. Lakin, heç bir dəlil təqdim olunmayıb.

Cümə axşamı günü, Xanım Clinton-un oktyabr və noyabr aylarındakı seçki kampaniyasına rəhbərlik edən və e-mailləri haker hücumuna məruz qalan John Podesta, FTB-ni (Federal Təhqiqat Bürosu) Rusiyanın sözügedən haker hücumuna qarşı cavabına görə tənqid edib.

"FTB-in, Xanım Clinton-un özəl e-mail serverindən istifadəsinə görə verdiyi şişirdilmiş reaksiya ilə milli seçkinin məcrasını dəyişən rus haker hücumuna verdiyi ötəri cavabı müqayisə olunarsa, FTB-nin özündə nəyinsə axsadığı görünəcək," o, Washington Post-da fikrini bildirib.

Haker hücumuna mərzu qalmış e-maillərdə nə deyilir?.


Haker hücumuna mərzu qalmış e-maillərdə nə deyilir?

  • İyulun 22-i WikiLeaks-da dərc olunan məqalədə, Demokratik Milli Komitənin 19 mindən çox e-mailində partiya rəsmilərinin, Xanım Clinton-un rəqibi Bernie Sanders-in qarşısını almağa cəhd etdikləri görünüb.
  • WikiLeaks, oktyabr və noyabr aylarında Xanım Clinton-un seçki kampaniyası rəhbəri John Podesta-nın e-maillərini dərc edib.
  • Bunların içində ən zərərliləri isə, Clinton Fondu donorlarının keçmiş prezident Bill Clinton ilə xüsusi əlaqə yaratmağı və Xanım Clinton-un Wall Street bankirləri ilə yaxın münasibət qurmasıdır (bunu Xanım Clinton kampaniya əsnasında etiraf etmişdi)

Həmçinin cümə axşamı günü bir təhlükəsizlik şirkəti bildirib ki, bir rusdilli haker, səsvermə sistemlərini təsdiqləyən ABŞ agentliyinin sistemlərinə müdaxilə edib.

Recorded Future şirkəti, dekabrın əvvəli hakerin, ABŞ Seçkiyə Kömək Komissiyasının 100-dən artıq giriş məlumatlarını satmağa cəhd etdiyini deyib.

Şirkətdən verilən məlumata əsasən, tədqiqatçılar yeraltı elektron bazarları gözdən keçirərkən pozuntularla qarşılaşıb və hüquq mühafizə orqanlarına xəbərdarlıq etməmişdən öncə, hakeri söhbətə tutmaq üçün potensial alıcı roluna giriblər.

Cənab Trump demokratları, seçki məğlubiyyəti sonrası xəcaləti gizlətmək üçün, Rusiya müdaxiləsi məsələsini qabartmaqda ittiham edib.

O, həmçinin Cənab Putinə qarşı olan heyranlığını bəyan edib və onun dövlət katibi kimi - Rusiya lideri ilə sıx işbirliyi etmiş neft maqnatı, Rex Tillerson - təyini səs-küyə səbəb olub.

Yeni seçilmiş prezident, yeni administrasiyasının təsisi ilə məşğuldur və cümə axşamı günü bildirib ki, İsrailə səfir olaraq hüquqşünas David Friedman-ı seçib.


Trump üçün baş bəlası - Anthony Zurcher, BBC News, Washington

Demokratlar hələ də Hillary Clinton-un məğlubiyyətini həzm edə bilmirlər. Yayılmış "saxta xəbərlərdən" ola bilərmi? Mərkəz-qərbi ştatlarda Demokratların bir oyunu? FTB direktoru James Comey-in, Clinton e-mailləri ilə bağlı son anda Konqresə ünvanladığı məktubmu?

Hər kəsin nəzər nöqtəsindən asılı olaraq Rusiya dövlətinin haker hücumları, ən sonuncu günahkar və ya başqa sözlə qapazaltıdır. Hiyləgər Vladimir Putin, xəbərin zərərini öncədən görə bilmişdi.

Təbii ki, kampaniya e-mailləri Demokratları narahat etsə də, seçkinin məcrasını dəyişmək üçün kifayət deyildi. Lakin bu, çətin vəziyyətə düşərkən ürkənən yeni seçilmiş prezidentə baş bəlası olacaq.

O, hazırda öz kəşfiyyat orqanları ilə mübarizə aparır və Twitter-də at oynadaraq virtual olaraq yeni şayiələrə səbəb olur. Konqres səviyyəsində araşdırma qaçılmazdır. Prezident Trump dövründə Rusiyaya qarşı sanksiyalar layihəsinin bitəcəyi haqqında da söhbətlər gəzir.

Bu barədə daha geniş