Almaniya: 12 yaşlı uşaq yarmarkada bomba yerləşdirməyə cəhd göstərib

12 yaşlı uşaq iki dəfə yarmarkaya bomba qoyub Fotonun müəllifi Getty Images
Image caption 12 yaşlı uşaq iki dəfə yarmarkaya bomba qoyub

Almaniya rəhbərliyi Yeni İl yarmarkasında əldədüzəlmə bombanı partlatmağa cəhd göstərən 12 yaşlı uşağın məsələsini araşdırır.

Almaniya mətbuatının məlumatına görə hadisə ölkənin şimalında yerləşən Lüdviqshafen şəhərində baş verib.

"Noyabrın sonunda uşaq içində partlayıcı qurğu olan çantanı yarmarkada qoyub"- deyə "Focus" jurnalı yazır. Lakın detonator işə düşməyib.

Dekabr ayının əvvəlində uşaq yenidən partlayıcı qurğunu yarmarkaya yerləşdirib, amma bu dəfə kolların arasında gizlədib. Yoldan keçənlər bu şübhəli çantanı görüblər və polisə xəbər veriblər. Hadisə yerinə gələn mütəxəsislər bombanı zərərsizləşdiriblər.

"Focus" jurnalının məlumatına görə uşağın valideynləri əslən iraqlıdı. 2004-cü ildə Lüdviqshafen şəhərində doğulan uşağın özünü İslam Dövləti adlandıran qruplaşma ilə əlaqəsi olub.

Dekabrın 5-də polis uşağı həbs edib və uşaq yetkinlik yaşına çatmayan uşaqlar üçün nəzərdə tutulan xüsusi təcridxanada saxlanılır.