İD Yəməndəki hücumu törətdiyini deyib

Hücum zamanı maaş almaq üçün əsgərlər burada sıraya düzülmüşdülər Fotonun müəllifi AFP
Image caption Hücum zamanı maaş almaq üçün əsgərlər burada sıraya düzülmüşdülər

Yəməndə bombalı intiharçı hücumu nəticəsində azı 48 əsgər ölüb.

Ədən liman şəhərinin cənubunda baş vermiş hücum nəticəsində yaralılar da var.

Özünü İslam Dövləti adlandıran qrup bu hücuma görə məsuliyyəti üzərinə götürüb və bildirib ki, o 70 "satqını" öldürüb.

Məlumatlarda hücum zamanı əsgərlərin hərbi bazada maaş almaq üçün sıraya düzüldükləri bildirilib.

Bombalı intiharçı özünü əl-Solban bazasında kütlənin içində partladıb, hərbi rəsmi bildirib.

Fotonun müəllifi AFP
Image caption Bomba hücumu zamanı əsgərlər hədəflənib