Hələb döyüşləri: Yenidən başlayan evakuasiyada yüzlərlə insan Suriya şəhərini tərk edib

Cümə günü təxliyə üçün gəlmiş avtobuslar Hələbin kənarlarında gözləyib Fotonun müəllifi Getty Images
Image caption Cümə günü təxliyə üçün gəlmiş avtobuslar Hələbin kənarlarında gözləyib

Üsyançıların nəzarətində olan zonalardan insanların çıxmasına yolun açılması ilə, Süriyanın şimalında mühasirə altında olan ərazilərdən evakuasiyalar sürətlənib.

Şərqi Hələbdə üsyançıların nəzarətində olan son anklavlardan evakusiyalar bazar günü axşamı yenidən başlanıb.

Şəhəri tərk edənlər arasında şəhərdə vəziyyət barədə tvitlər yazan yeddi yaşlı Bana Alabed-də var.

Bununla bağlı İdlibdə hökumət nəzarətində və üsyançıların mühasirəsi altında olan ərazilərdən evakuasiyalar bazar ertəsi günü başlayıb.

Mülki şəxslər Süriyada təhlükəli ərazilərdən çıxarıldıqca BMT Təhlükəsizlik Şurası kütləvi evakuasiyaların müşahidəsi üçün monitorinqçilərin göndərilməsini müzakirə etməyə hazırlaşır. Ümid edilir ki, Suriyanın taleyi barədə fərqli mövqelərə malik olan ölkələr arasında nadir yazılaşma həyata keçiriləcək.

Şərqi Hələbdən son məlumatlar

Fotonun müəllifi AFP

Şərqi Hələb 2012-ci ildən üsyançıların nəzarəti altında olub. Lakin keçən həftə evakusiyalar başlamazdan əvvəl Suriya qüvvələri minlərlə dinc əhali daxil olmaqla, üsyançıları şəhərin getdikcə daralan künclərinə sıxışdırıblar.

Evakuasiya üçün ilkin səylər cümə günü uğursuz bitərək dinc əhalini qidasız, sığınacaqsız və tibbi yardıma imkan vermədən buraxıb.

Lakin dinc əhalinin üsyançıların nəzarətində olan başqa ərazilərə evakuasiyası bazar günü gecə saatlarında yenidən başlayıb.

Suriya İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə, bazar ertəsi günü 50 avtobus 3,000 nəfəri Hələbdən aparmağa hazırlaşırdı.

Şərqi Hələbi tərk edəcəyi anı gözləyən insanlar arasında yaralı və xəstə uşaqlar var, Unicef deyib.

Bəzi uşaqlar valideynləri olmadan şəhəri tərk etməyə məcbur edilib və yüzlərlə müdafiəsiz uşaq hələ də mühasirədə qalmaqda davam edir, təşkilat deyir.

Şiə kənlərdən evakuasiyalar

Fotonun müəllifi AFP/Getty Image
Image caption Şiə kəndlərini evakuasiya edən avtobuslar

Dinc əhalinin şərqi Hələbdən evakusiyasının gecikdirilməsə səbəblərdən biri başqa bir razılıq ilə əlaqədərdir.

Hökumətyönlü döyüşçülər əvvəlcə tələb edirdilər ki, Hələbin şərqindən evakuasiyanı yenidən başlamaq üçün əsas olaraq insanların Idlib əyalətində, üsyançıların əsarətində olan şiə kəndlərindən çıxmasına icazə verilməlidir.

Bazar günü səhər saatlarında, silahlı insanlar kəndlərdən yaralı və xəstə insanları daşıyan azı 5 avtobusu yandırıb.

Lakin bazar ertəsi günü səhəri Suriya dövlət televiziyası və Suriya İnsan Haqları Müşahidə qrupu 4,000 kəndlidən 500 artıq kəndləri tərk edib.

Bəzi məlumatlarda deyilir ki, baş vermiış hadisəyə görə əvvəlki al-Qaeda-linked Nusra Cəbhəsi adlandırılan Jabhat Fatah al-Sham üsyançı qrupu məsuliyyət daşıyır.

Lakin Suriya hökuməti ilə döyüşən Hezbollah qrupu bəyan edib ki, yanğın cihadçı qrup olan Fatah al-Sham və evakuasiyanı dəstəkləyən digər İslamçı üsyançı qrupu arasında gedən döyüş nəticəsində yaranıb.

Cihadçı qrupu məsələ ilə bağlı heç bir şərh verməyib.

Bu barədə daha geniş