Hələbdən tvit paylaşan 7 yaşlı qız təxliyə edilib

Hələb Fotonun müəllifi AFP
Image caption Hələbdə dinc sakinlərin köçürülməsi prosesi dekabrın 15-də başlanıb.

Anasının yardımı ilə şərqi Hələbdən tvitlər paylaşan 7 yaşlı Bana Alabed təxliyə olunub, Suriya Amerika Tibb Cəmiyyəti bildirib.

Bazar günü axşamı şəhərdən azı 350 sakin təxliyə olunub, proses bazar ertəsi günü də davam etdirilir.

Bana Alamed müəllimə işləyən anasının yardımı ilə @alabedbana adlı Twitter hesabından aylardır Hələbdə mühasirə altındakı həyatlarını bölüşür.

Suriya Ordusunun bombalar atdığı müxalifətin nəzarətində olan ərazidən anasının yardımı ilə ingiliscə tvitlər paylaşan 7 yaşında Bana Alabed-in hesabı silinib.

Bazar günü paylaşılmış tvitdə Türkiyənin baş nazirinə və prezidentinə müraciət edilir.

"Xahiş edirik, atəşkəsə əməl olunması üçün əlinizdən gələni edin və bizi buradan çıxarın. Biz elə yorulmuşuq ki", mesajda deyilir.

Dünya ictimaiyətinin diqqətini cəlb edən bu Twitter hesabı dekabrın 5-də silinmişdi, amma sonradan onların təhlükəsizlikdə olduqları bəlli olub.

BMT-nin Təhlükəsizlik Şurası bazar günü sakinlərin Hələbdən çıxarılmasına dair qətnamə barədə razılığa gəlib. Sənədə dair səsvermə bazar günü Nyu York saatı ilə səhər 9-da keçiriləcək.

Bu barədə daha geniş