BVF sədri Lagarde haqqında hökm çıxarılıb

Beynəlxalq Valyuta Fondunun sədri Christine Lagarde Paris xüsusi məhkəməsində, Fransa, 12 dekabr 2016. Fotonun müəllifi AFP
Image caption Christine Lagarde

Fransa məhkəməsi Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Christine Lagarde-ı səhlənkarlıqda təqsirli bilib, lakin hökmdə onun cəzalandırılmayacağını deyib.

2008-ci ildə Fransanın maliyyə naziri olan xanım Lagarde bir şirkətin mübahisəli satışı səbəbindən biznesmen Bernard Tapie-yə 404 milyon avro (429 milyon ABŞ dolları) ödənişi təsdiqləmişdi.

Washington-da (ABŞ) səfərdə olan xanım Lagarde Paris məhkəməsində hökm oxunma iclasında iştirak etməyib.

Cümə günü o məhkəməyə, hərəkətinin yaxşı niyyətli olduğunu bildirmişdi.

Reuters xəbərlər agentliyinin verdiyi məlumata görə, onun vəkili bazar ertəsi günün hökmünə qarşı apellyasiya şikayəti verməyi nəzərdən keçirir.

Bu barədə daha geniş