Hələb təxliyəsi: Şəhəri tərk edənlər arasında yetimlər var

Bana Alabaed və Türk xeyriyyə təşkilatının işçisi - 19 dekabr 2016 Fotonun müəllifi Twitter/@mburakkrcglu
Image caption Türk yardım işçisi ilə şəkli çəkilən və Hələbdən paylaşdığıə tvtilərə görə məhşurlaşan Bana Alabed təxliyə edilib

Suriyanın Hələb şəhərində keçirilmiş ən böyük təxliyə əməliyyatlarının birində onlarla yetim uşaq da daxil olmaqla minlərlə Suriyalı şəhəri tərk edib.

İndiyədək bazar ertəsi günü 4,500-dən artıq insan üsyançıların nəzarətində olan şərqi Hələbi tərk edib.

Onların arasında şəhərdəki vəziyyət barədə tvitlərini paylaşan 7 yaşlı Bana Alabed-də var.

Bununla bağlı İdlibdə hökumət nəzarətində və üsyançıların mühasirəsi altında olan ərazilərdən evakuasiyalar bazar ertəsi günü başlayıb.

Mülki şəxslər Süriyada təhlükəli ərazilərdən çıxarıldıqca BMT Təhlükəsizlik Şurası kütləvi evakuasiyaların müşahidəsi üçün monitorinqçilərin göndərilməsi barədə qətnamə qəbul edib.

Yekdil qərar, Təhlükəsizlik Şurasının 15 üzvünün Qərb ölkələri və Rusiya arasında mövcud olan fikir ayrılığını aşdıqdan sonra həyata keçib.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power, qətnaməni "əhəmiyətli addım" adlandırıb, lakin onun "icra ediləcəyinə qədər yalnız kağız" olduğunu vurğulayıb.

Suriyanın səfiri Bəşər Cəfəri Təhlükəsizlik Şurasının bəzi üzvlərinin gizli istəkləri və "xarici təsiri legitimləşdirmək və legitim hökuməti güc yolu və hətta hərbi qüvvə ilə dəyişmək niyyətində" olduğunu iddia edib.

Hələbə göndərilmək üçün monitorlara Suriya hökumətinin icazəsi lazım olacaq.

Fotonun müəllifi AFP
Image caption Qırmızı Xac təxliyənin yaxşı icra edildiyini, lakin Hələbdən hələ çox insanın çıxarılması lazım olduğunu deyir.

Təxliyə üçün ilkin səylər cümə günü uğursuz bitərək dinc əhalini qidasız, sığınacaqsız və tibbi yardıma imkan vermədən buraxıb.

Lakin təxliyə əməliyyatı bazar günü axşam saatlarında yenidən başlayıb.

Türkiyənin xarici işlər naziri bazar ertəsi günü gecə yarısından indiyədək 4,500-dən artıq mülki şəxsin şərqi Hələbi tərk etdiyini bildirib. Bununla təxliyə edilənlərin ümumi sayı 12,000-ə çatıb.

Uşaq xeyriyyə təşkilatı Unicef deyir ki, yetimxanada qalmış 47 yetim uşaq bazar ertəsi günü səhəri təhlükəsiz yerə köçürülüb.

Susuzluqdan və aldıqları xəsarətlərdən onların bəzilərinin vəziyyəti kritikdir, təşkilat deyib.

Anasının yardımı ilə şərqi Hələbdən tvitlər paylaşan 7 yaşlı Bana Alabed təxliyə olunması Suriya Amerika Tibb Cəmiyyəti tərəfindən bazar ertəsi günü təsdiqlənib.

Sosial şəbəkələrdə paylaşılmış bir videoda o, "Hələbdə sonsuz bombardmanlardan" xilas edildiyi üçün özünü rahat hiss etdiyini deyib.

Hələbdən təxliyə edilənlər daha sonra Hələbin başqa ərazilərinə və İdlib bələdiyyəsinə köçürüləcəklər.

Şiə kəndlərindən təxliyə

Dinc əhalinin şərqi Hələbdən evakuasiyasının gecikdirilməsinə səbəblərdən biri başqa bir razılıq ilə əlaqədərdir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Foah və Kefraya kəndlərinə gedən avtobuslar bazar günü yandırılmışdı

Hökumət yönümlü qüvvələr İdlib bələdiyyəsində yerləşən əsasən şiə və üsyançıların mühasirəsi altında olan Foah və Kefraya kəndlərindən insanların çıxarılmasını tələb etmişdi.

Bazar günü səhər saatlarında, silahlı insanlar kəndlərdən yaralı və xəstə insanları daşıyan azı 5 avtobusu yandırıb.

Lakin bazar ertəsi günü səhəri Suriya dövlət televiziyası və Suriya İnsan Haqları Müşahidə qrupu artıq 10 avtobusun kəndləri tərk etdiyini deyib. Müşahidə qrupu 4,000 kəndlidən 500-ü artıq kəndləri tərk etdiyini deyib.

Bəzi məlumatlarda deyilir ki, baş vermiış hadisəyə görə əvvəlki al-Qaeda-linked Nusra Cəbhəsi adlandırılan Jabhat Fatah al-Sham üsyançı qrupu məsuliyyət daşıyır.

Lakin Suriya hökuməti ilə döyüşən Hezbollah qrupu bəyan edib ki, yanğın cihadçı qrup olan Fatah al-Sham və evakuasiyanı dəstəkləyən digər İslamçı üsyançı qrupu arasında gedən döyüş nəticəsində yaranıb.

Bu barədə daha geniş