Berlin hücumu: "İslam Dövləti" məsuliyyəti üzərinə götürüb

Berlinin Brandenburg Qapısı hadisə qurbanlarının xatirəsini anmaq üçün bayrağın rəngi ilə işıqlandırlıb Fotonun müəllifi AP
Image caption Berlinin Brandenburg Qapısı hadisə qurbanlarının xatirəsini anmaq üçün bayrağın rəngi ilə işıqlandırlıb

Özünü İslam Dövləti adlandıran qruplaşma bəyan edib ki, Berlində Milad bazarına yük maşını ilə hücumu onların döyüşçülərindən biri edib.

Hücumçunun şəxsiyyəti hələ müəyyən edilməyindən qruplaşmanın iddiasını birbaşa yoxlamaq mümkün olmayıb.

Almaniya müstəntiqləri saxladıqları bir şübhəlini də kifayət qədər sübut olmadığından azadlığa buraxıb. Media həmin şəxsin Pakistan əsilli Naved B. olduğunu müəyyən edib.

Rəsmilər deyib ki, cinayətkar və ya cinayətkarlar azadlıqda ola bilər.

İD öz xəbər agentliyi vasitəsilə deyib ki, "koalisiya ölkələrinin xalqını hədəf götürmək haqqında cağırışa cavab olaraq" onların "əsgərlərindən biri" 12 nəfərin ölümünə və 49 nəfərin yaranlanmasına səbəb olan hücumu həyata keçirib.

Almaniya daxili işlər naziri Thomas De Maiziere iddiaya ehtiyatla reaksiya verib və deyib ki, "istintaqın bir neçə xətti üzrə araşdırmaları" davam etməkdədir.

Federal prokuror, Peter Frank jurnalistlərə deyib ki, hücumun üslubu və hədəf qrupları hadisədə İslam ekstremizminin olduğunu deməyə əsas verir.

Fotonun müəllifi AP
Image caption Frankfurtda polis Milad bazarına nəzarət edir

İnsanların izlədiyi yeganə şübhəli parkda, onlar polisə xəbər verildikdən sonra tutulub.

Yük maşının öz sürücüsü, Polşa sakini Lukasz Urban, maşının sərnişin oturacağında ölü tapılıb. Onun bədənində güllə və bıçaq yaraları olduğu deyilir. Hər hansı bir silah aşkar olunmayıb.

Fotonun müəllifi OPOZITA.COM
Image caption Arxiv şəklində göstərilən yük maşını sürücüsü Lukasz Urban-nın öldürüldüyü ehtimal olunur

BMT Təhlükəsizlik Şurası "barbar və amansız terror hücumunu" pisləyib və deyib ki, "istənilən terror fəaliyyəti harda, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq cinayətdir və yersizdir".

Londonda polis Gözətçilərin dəyişməsi mərasimi zamanı ətrafda çoxlu insan izdihamı yaşandığına görə həmin vaxt Buckingham Palace ətrafında bütün yolları bağlamaq haqqında plan həyata keçirir.

Real Madrid və Brose Bamberg basketbol komandası Madriddə keçirilən Avroliqa oyunundan əvvəl ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Dünyanın bir çox ölkələrində polislər Milad bazarlarında patrul nəzarətini həyata keçirməyə başlayıb.

Fotonun müəllifi Getty Images
Image caption Çikaqo Milad bazarında partlayıcı qurğunun olub-olmadığını yoxlamaq üçün xüsusi təlim görmüş itlərdən istifadə olunub

Almaniya hakimiyyəti 12 nəfərin ölümü ilə nəticələnən və Milad bazarında yük maşını ilə törədilmiş hücumun arxasında, hadisədən sonra saxlanılmış şəxsin olmasından əmin olmadığını deyir.

"Biz saxlanılmış şəxsin təqsirkar olmaması ehtimalını nəzərdə saxlamalıyıq", federal prokuror Peter Frank deyib.

Thomas De Maiziere-in sözlərinə görə, şübhəli şəxs güman ki, Pakistandan gəlib, lakin onun sığınacaq barədə müraciəti tamamlanmayıb.

Berlin polis sözçüsü Winfried Wenzel deyib ki, nəqliyyat vasitəsini sürən şəxs hadisə yerindən 2 kilometr uzaqlıqda saxlanılıb və dindirilib. Almaniya polisi hadisəni "mümkün terror hücumu" kimi araşdırır.

Saxlanılan şəxsin xırda cinayətlərə görə polisə tanış olduğu qeyd olunur. Hərçənd ki, onun terrorçuluqla bağlı əlaqələri barədə məlumat yoxdur, Tagesspiegel nəşri yazır.

Kansler Angela Merkel deyib ki, hücumu törədənlərə qarşı qanunla nəzərdə tutulan ən sərt cəza tətbiq edilməlidir.

Fotonun müəllifi Reuters
Image caption Xanım Merkel (mərkəzdə) və digər siyasətçilər Kaiser Wilhelm Memorial Kilsədə ölənlərin xatirəsini anma mərasiminə qatılıblar
Fotonun müəllifi AFP

"Breitscheidplatz-da baş verən mümkün terror hücumu ilə bağlı bütün polis tədbirləri sürətlə davam etdirilir", - Berlin Polisinin Twitter hesabında deyilir.

Bundan əvvəl Almaniya daxili işlər naziri, Thomas de Maiziere deyib ki, "bir çox əlamətlər" hücumun bilərəkdən törədildiyinə işarə edir.

Polis tvit edib ki, yük maşının sürücüsü saxlanılıb və nəqliyyatda olan, milliyətcə polşalı olduğu aşkar edilən sərnişin aldığı xəsarətlərdən ölüb.

50-yə yaxın insan xəstəxanaya yerləşdirilib və onlardan azı dördü ağır xəsarətdən əziyyət çəkir.

Hadisə yerindən çəkilmiş videoda piştaxtaların dağıldığı və insanların yaralı halda yerə sərildiyi görünür.

Fotonun müəllifi AP
Image caption Qəza törədən yük maşını Christmas ağacını sındırıb

Berlin polis sözçüsü Winfried Wenzel deyib ki, nəqliyyat vasitəsini sürən şəxs hadisə yerindən 2 kilometr uzaqlıqda saxlanılıb və dindirilib.

Maşının şəkildəki məlumatları onun Polşa qonşuluğunda qeydiyyatdan keçdiyini göstərir. Polis deyir ki, onun ordan oğurlandığı da ehtimal oluna bilər.

Yük maşınının sahibi Ariel Zurawski təsdiq edib ki, bazar ertəsi günortadan sonra onun sürücüsü ilə əlaqə yarada bilməyib.

"Biz bilmirik onun başına nə iş gəlib. O mənim əmim oğludur və mən onu uşaqlıqdan tanıyıram. Mən ona cavabdehəm."

Fotonun müəllifi SEAN GALLUP
Image caption Bazar şəhərin qərbindəki əsas ticarət küçələrindən birinə yaxın yerləşir

Bu, terror hücumu idi?

Bundan əvvəl Alman polisi hadisə ilə bağlı bir çox məsələlərin açıq qaldığını bildirmişdi.

Daxili işlər naziri cənab de Maiziere ARD televiziyasına deyib: "Mən indi hadisəni "hücum" adlandırmaq istəməzdim, baxmayaraq ki, çoxları bu haqda belə danışır.

"Belə bir ifadənin işlədilməsinin bütün ölkəyə psixoloji təsiri var və biz daha çox ehtiyatlı olmaq və fərziyyələrə deyil, real istintaq nəticələrinə əsasən hərəkət etmək istəyirik."

Kansler Angela Merkel-in sözçüsü Steffen Seibert Twitter-də yazıb: "Biz ölənlərə baş sağlığı verir və yaralıların çoxunun yardım alacağına ümid edirik."

Almaniya prezidenti Joachim Gauck bəyanatında deyib ki, bu bazar ertəsi "bütün Berlin və bizim ölkəmiz üçün ən dəhşətlisi oldu".

Fotonun müəllifi Reuters
Image caption Onlarla insan hadisə nəticəsində yaralanıb