İçki kalkulyatoru: Sizin içki içmə milliyətiniz nədir?

Sizin içki vərdişiniz dünyada orta hesabla necə müqayisə oluna bilər? Siz daha çox içki çox içən belaruslu yaxud içki içməyən küveytliyə bənzəyirsiniz?

Ötən həftə nə qədər içmisiniz?

Hansı ölkədənsiniz?

İçki vərdişləri sizin ölkənizə ən yaxın olan ölkə:

(lakin bu heç də uyğun gəlmir)

İçən deyilsiniz?
Əhalisinin əksəriyyəti Küveytin içmir

Eynən!

Siz

Bir ildə təmiz spirtin litrlə miqdarı

Siz içirsiniz daha çox, dünyada ən çox içki içən Belarusun sakinlərindən

Adambaşına içilən spirt (litrlə) (ölkələr üzrə)

Ən çox spirtli içki içən ölkə

Belarus (17, 5 litr)

Ən az içən ölkə

Küveyt (0,1 litr)

Toplam alkoqol istehlakı:

Dünyanın içki vərdişlərini göstərən xəritə
Ən çox içənlər Ən az içənlər Məlumat yoxdur

Ölkələr və onlarda ən populyar spirtli içkilər:

Map showing countries and their favourite type of alcoholic drink
Pivə Şərab Spirtli içkilər Digər Məlumat yoxdur

"Digər içkilər" nədir?

Qıcqırdılmış arpadan hazırlanan spirtli içkilər pivə, fermentlənmiş üzümdən hazırlanan içkilər şərab və bütün çəkilmiş və distillə edilmiş içkilər araq və ya spirtli içki sayılır.

Lakin bu zaman bir çox alkoqollu içkilər kənarda qalır. Alma və ya armuddan hazırlanmış sidr, düyüdən çəkilmiş sake və sair. Bütün bunlar Dünya Səhiyyə Təşkilatı tərəfindən içkilər barədə hazırlanmış bu səhifədə "digər" kateqoriyasına aid edilir.

Sorğumdan hazırlanmış pivə də bu kateqoriyaya aiddir. Ona görə də bu kateqoriya Afrika sub-Saxarasının böyük ərazilərində dominant kateqoriyadır. Sorğum qızmar iqlimlərdə yetişən taxıl bitkisidir və sərt quraqlığa dözümlüdür.

Portveyn kimi tündləşdirilmiş şərablar, distillə də daxil ikiqat fermentasiyadan keçir və buna görə də DST tərəfindən şərablardan ayrılaraq "digər" kateqoriyasına salınıb.

Kalkulyator haqqında

Ən uyğun gələn ölkə - DST-nin məlumat bankında hər bir ölkənin bütün əhalisinin - 15 yaşından yuxarı bütün yaşlarda olan kişilər, qadınlar, içənlər və içməyənlərin birlikdə istehlak etdiyi pivə, şərab, spirtli və başqa içkilərin məcmusuna əsaslanır.

DST təxmin edir ki, pivə və ya sidrin orta parçındakı spirt 5 faiz, şərablarda 12 faiz, araqlarda və ya spirtli içkilərdə 40 faiz, tündləşdirilmiş şərablarda 17,5 faqiz və sakedə 9 faizdir.

Məlumat bankı haqqında

DST ölkə üzrə içki istehlakını ümumilikdə adambaşına düşən alkoqol istehlakı ilə hesablayır və dərc edir. Bu ümumi rəqəm içkinin vergilənməyə və idxal-ixraca görə tipləri üzrə təsnif edilir. Bu barədə rəsmi məlumatı olmayan ölkələr üçün, sənayənin göstəricilərindən istifadə edilir.

Buna əlavə olaraq DST "qeydiyyatsız içkilərin" - evdə çəkilmiş və ya qaçaqmalı yolu ilə gətirilmiş və ya insan istehlakı üçün nəzərdə tutulmayan mənbələrdən gələn içkilərin istehlakını da hesablamağa cəhd göstərir.

Bəzi ölkələr üçün rəsmi kateqoriyadan daha böyük olan (ən yüksək rəqəm Moldova üzrədir) bu ikinci kateqoriya bütün başqa hesablamalar işə yaranmayanda "ekspert rəyindən" istifadə ilə tərtib edilir.

Bunun nəticəsi olaraq bu səhifədəki statistika bəzi hallarda qeyri-müəyyəndir. Metodların və etibarlılıq fərqlərinin təfərrüatları üçün lütfən DST-nin saytına baxın.

Hər bir içkidə təxminən nə qədər alkoqol vahidi var?

  • Bir qədəh tünd spirtli içkilər (25ml): 1 vahid
  • Standart (175ml) şərab fujeri: 2.1 vahid
  • Böyük (250ml) şərab fujeri: 3 vahid
  • Bir parç 4%-li pivə: 2.3 vahid
  • Bir parç 5%-li pivə: 2.8 vahid
  • Bir parç tünd sidr (8%): 4.5 vahid

Alkoqolun istehlakına dair rəsmi təvsiyə nədir?

Alkoqolun sağlamlığa təhlükə risklərindən kənar olmaq üçün Birləşmiş Krallıq qaydalarına görə ən yaxşısı həftəyə 14 vahiddən çox içməməkdir.

Əgər bundan çox içirsinizsə vahidləri üç və daha çox günə təxmini bölməniz məsləhətdir.

Xərçəng də daxil bir sıra sağlamlıq problemlərinin riski müntəzəm əsasda içənlərdə daha artıq olur.

Dünya Səhiyyə Təşkilatı bir dəfəyə 7,5 vahiddən çox içki içilməsini ifrat içmək hesab edir.

DST-nin təlimatında hətta mötədil səviyyədə içən adamlar üçün də bir ay ərzində azı bir dəfə bu qədər içmək sağlamlıq üçün ağır nəticələrlə əlaqələndirilir.

Ed Lowther, Lilly Huynh, Mark Bryson Steven Connor tərəfindən hazırlanıb.