Erdoğan Twitterdə yardım istəyən 7 yaşlı hələbli qızla görüşüb

Bana Alabed Fotonun müəllifi Reuters

Twitter mikrobloqunda paylaşdığı mesajlarla məşhurlaşan 7 yaşlı hələbli qız Bana Alabed Türkiyə prezidenti Recep Tayyip Erdoğanla Ankarada görüşüb. Hələbdə gedən qızğın döyüşlər zamanı qızın anası Erdoğanı onlara kömək etməyə çağırmışdı.

7 yaşlı Bananın prezident iqamətgahından çəkdirdiyi foto onun profilində yerləşdirilib. Rəsmlərdən birində Bana və kiçik qardaşı Erdoğanın dizinin üzərində oturduğu, böyüklərin isə prezidentin arxasında dayandıqları əks olunub.

Hələbin şərq hissəsindən təxliyə edilən Bana Alamedi və onun ailəsini Türkiyəyə Erdoğanın xüsusi nümayəndəsi gətirib. Bu balaca qızcığaz bu ilin sentyabrından, Bəşər Əsədin ordusu Rusiyanın dəstəyilə Hələbdə qiyamçılara qarşı hücumlara başladıqdan sonra Twitterdə məlumatlar paylaşmağa başlayıb. Hələbdə baş verənləri ingiliscə yazan qıza müəllimə anası kömək edib.

Fotonun müəllifi AFP
Image caption Bana Alabed və onun ailəsi həftə sonu şərqi Hələbdən təxliyə olunub

Dekabrın 5-də Bana Alabedin profili bağlanması onun və ailəsinin taleyi baglı narahatlıq yaradıb, amma sonradan onların təhlükədə olmadığı, bu həftə isə təxliyə edilmələri barədə məlumatlar yayılıb.

Onların Hələbdən evukasiya edilməsinə qızın anasının Türkiyə prezidentinə müraciəti şərait yaradıb.

"Xahiş edirik sülhün bərqərar olması üçün əlinizdən gələni əsirgəməyin və bizi buradan xilas edin. Biz çox yorulmuşuq", - deyə qızın anası Erdoğana müraciətində bildirib.

Hələbin şərqində qiyamçıların zərərsizləşdirilməsi və dinc sakinlərin təcrid edilməsi istiqamətində əməliyyatlar dekabrın 15-də başlayıb.

Bu əməliyyatlar Türkiyə ilə razılaşdırılaraq Rusiya tərəfindən təşkil olunub.

BMT-nin Təhlükəsilik Şurası Hələbdə insan haqlarının qorunması monitorinqinin təmin edilməsiylə bağlı qətnamə qəbul edib. Rusiya da bu qətnaməni dəstəkləyib.

Bu barədə daha geniş