Berlin hücumu: Tunisli qaçqın "nəzarət altında olub"

Şübhəlinin arxiv şəkli üzə çıxıb Fotonun müəllifi Thinkstock
Image caption Şübhəlinin arxiv şəkli üzə çıxıb

Berlin Milad bazarına yük maşını ilə hücum edən və bu ilin əvvəlindən nəzarətdə olan tunisli bütün Avropa üzrə axtarışdadır, media yazır.

24 yaşlı Anis Amri, silah almaq üçün oğurluq etməyi planlaşdırmaqda şübhəli bilinsə də sübutların olmaması səbəbindən onun nəzarəti aradan qaldırılıb.

Almaniyaya daxil olmazdan əvvəl o, İtaliyada əmlakı qəsdən yandırdığına görə 4 il həbsdə olub.

Bazar ertəsi Berlin Milad bazarına yük maşını ilə edilən hücum nəticəsində 12 nəfər ölüb, 49 nəfər yaralanıb.

Onun saxlanması haqqında qərar Anis Amri-nin yaşayış icazəsi haqqında sənəd yük maşının kabinində tapıldıqdan sonra verilib.

Almaniya rəsmiləri xəbərdarlıq edib ki, o silahlı və təhlükəli ola bilər və onun yeri haqqında məlumat verən şəxsə 100 min avrodan (181 min 600 AZN) çox mükafat verəcəyini vəd edib.

Məlumatda deyilir ki, o, sonradan ölü tapılan yük maşının polşalı sürücüsü ilə çəkişmədə yaralana bilər.

Kansler Angela Merkel hücumla bağlı araşdırmaları müzakirə etmək üçün təhlükəsizlik xidməti ilə görüşüb.

Almaniya kabineti ictimai yerlərdə nəzarəti daha da artırmaq üçün video müşahidə kameralarının sayını artırmaq haqqında planı razılaşdırıb.

6 uydurma ad

Fotonun müəllifi GERMAN INTERIOR MINISTRY
Image caption Anis Amri haqqında polis xəbərdarlığının fransız verisyası

Almaniya məhkəmə məlumatlarına görə, ölkəyə ötən il daxil olan tunisli gənc silah almaq üçün oğurluq etməyi planlaşdırdığından mart və sentyabr ayları arasında şübhəli şəxs kimi nəzarətdə olub.

Şimali Rhine-Westphalia-nın daxili işlər naziri, Ralf Jaeger, təsdiq edib ki, Anis Amri bu yaxınlarda terrorla mübarizə polisinin diqqətini cəlb etmişdi.

"Təhlükəsizlik xidməti bu adam haqqında əldə etdiyi məlumatları və tapıntıları bu ilin noyabr ayında Terrorla-Mübarizə Mərkəzi ilə bölüşüb", nazir deyib.

Sueddeutsche Zeitung qəzeti yazır ki, şübhəli şəxs bu ilin noyabr ayında saxlanılan islamçı vaiz, Abu Walaa kimi tanınan Ahmad Abdelazziz A.-nın ətraf insanları ilə dolaşırdı.

Polis aşkar edib ki, 1992-ci ilin 22 dekabrında anadan olan tunisli Anis Amri 6 müxtəlif uydurma addan istifadə edərək bəzən özünü misirli, bəzən isə livanlı kimi təqdim edib.

Şübhəli şəxs ölkədən deportasiya olunması haqda qərar verilsə də, Tunisdən sənədlərin gəlişinin gecikməsi onun deportasiyasının ləngiməsinə səbəb olub.

Berlin hücumunda ölən, xəsarət alan və itkin düşənlər barədə təfərrüatlar:

  • Polşalı yük maşınının sürücüsü Lukasz Urban soyuq və odlu silahla yetirilmiş xəsarətlər nəticəsində ölüb. Onun ölümündən qabaq hücumçuya müqavimət göstərdiyi zənn edilir.
  • 60 yaşlı israilli turist Dalia Elyakimin şəxsiyyəti təsdiqlənib, İsrailin Xarici İşlər Nazirliyi bildirir. Onun əri Rami ciddi xəsarət alıb.
  • Almaniya DİN-i ölənlər arasında Branderburq federal vilayətinin iki sakininin - 32 kişi və 53 yaşlı qadının olduğunu bildirir.

Bu barədə daha geniş