Berlində Milad bazarına hücum etmiş şübhəli güllələnib

Anis Amri Fotonun müəllifi BKA / HANDOUT

Milan polisi Berlində Milad bazarına hücumda şübhəli Anis Amri-ni güllələyib, İtaliyanın prokurorları bildirib.

Cümə günü Bakı vaxtilə saat 04:00-da Milanın Sesto San Giovanni ərazisində polis növbə zamanı şübhəliyə yaxınlaşıb.

Güllələnmiş şəxsin əl izlərinin Berlinin Milad bazarına hücum edənin əl izləri ilə uyğun gəlib.

İtaliya mediası yazır ki, kişi "Allahu Əkbər" qışqırıb və polis müfəttişlərindən biri ciynindən yaralayıb.

Dekabrın 19-da Berlində yük maşını Milad bazarına hücum edib. Nəticədə 12 nəfər ölüb və 49 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti özünü "İslam Dövləti" adlandıran qrup götürsə də, heç bir sübut göstərməyib.

Sonradan media yazıb ki, polis şəxsiyyət vəsiqəsi yük maşınının oturacağında tapılmış tunisli bir kişini axtarır.

Bu barədə daha geniş