Almaniyada terror ittihamı ilə iki nəfər həbs olunub

Həlak olanların xatirəsi yad edilir Fotonun müəllifi AP
Image caption Berlində Breitscheidplatz bazarında həlak olmuş 12 nəfərin xatirəsi yad edilir

Almaniyada Oberhauzendə ticarət mərkəzində hücumun planlaşdırılmasında şübhəli bilinən iki nəfər Hollandiya sərhədi yaxınlığında saxlanılıb, polis deyir.

31 və 28 yaşlarında olan Kosovoda doğulmuş qardaşlar cümə günü erkən saatlarda Almaniyanın Duysburq şəhərində saxlanılıb.

Almaniya bazar ertəsi Berlində baş vermiş və 12 nəfərin ölümü ilə nəticələnmiş hücumdan sonra yüksək hazırlıq vəziyyətindədir.

Hazırda bazar ertəsi Berlin Milad bazarına yük maşını ilə hücum etməkdə şübhəli hesab edilən Tunis əsilli Anis Amri Avropa üzrə axtarışdadır.

Polis bildirib ki, Oberhauzen hücumunun əsas hədəfi "CentrO" ticarət mərkəzi olub.

Kəşfiyyat xidmətlərinin məlumatından sonra mülki paltar geyinmiş zabitlər ticarət mərkəzini və yaxınlıqdakı Milad bazarını mühafizə etmək üçün göndərilib, polis məlumatında deyilir.

Hücumda daha kimlərin iştirak etdiyi və necə planlaşdırıldığı hələ bilminmir, bəyənatda bildirilir.

Alman rəsmiləri təsdiqləyib ki, Anis Amrinin barmaq izləri, Berlin Milad bazarına sürülərək 12 adamın ölümünə və 49 nəfərin xəsarət almasına səbəb olmuş yük maşınında aşkar olunub.

Fotonun müəllifi EPA
Image caption Berlində Milad bazarına yük maşını ilə hücum etməkdə şübhəli hesab edilən Anis Amri-nin ailəsi onu polisə təslim olmağa çağırıb

Tunisdəki ailəsi Amri-ni polisə təslim olmağa çağırıb.

Onun hər iki qardaşı bildirib ki, Anis Avropada çətin vəziyyətə düşüb və İtaliyada 3 il yarım həbsdə oluqdan sonra oradan "tamamilə başqa mentalitetlə" çıxıb.

Berlindəki Breitscheidplatz bazarı cümə axşamı fəaliyyətini bərpa edib, lakin işıqlar söndürülüb və heç bir musiqi səslənməyib.

Kansler Angela Merkel bundan əvvəl bildirib ki, o, "tez bir zamanda həbs"-in baş tutmasına ümidvardır. O, həmçinin, əlavə edib ki, Almaniyada hücuma "bir çox insanın sakit reaksiya verməsindən qürur duyur".

Amri çərşənbə günü şəxsiyyətini təsdiq edən sənədlər yük maşınında tapıldıqdan sonra şübhəli şəxs qismində təyin edilib.

O, bütün Avropada axtarılır. Onun silahlı və təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edilir.

Almaniya hökuməti onun həbsinə yardım edə biləcək infortmasiyaya görə 100 min avro mükafat təklif edib.

Amri və onun islamçı ekstremistlərlə iddia edilən əlaqələri barədə təfərrüatlar ortaya çıxdıqca Almaniya təhlükəsizlik orqanlarına qarşı tənqidlər artır, BBC əməkdaşı Damien McGuinness Berlindən xəbər verir.

Fotonun müəllifi Reuters
Image caption Berlin bazarının ətrafına təhlükəsizliyin artırılması üçün beton maneələr yerləşdirilib

2015-ci ildə Almaniyaya gələn 24 yaşlı Amri hücumda istifadə ediləcək silah almaq üçün oğurluq planlaşdırmaqda şübhəli bilindiyi üçün Almaniya hökuməti tərəfindən bu il nəzarət altında olub.

Amma nəzarət ancaq Berlin parkında narkotik ticarəti və bir barda dava müşahidə edildikdən sonra ləğv edilib.

New York Times yazır ki, Amri ABŞ-a uçmaq qadağan edilib. O, partlayıcı maddələr barədə onlayn axtarışlar edib və azı bir dəfə Teleqram mesenceri vasitəsilə özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə ünsiyyətdə olub.

O, iyun ayında Almaniyadan deportasiya edilmək üzrə olsa da, Tunisdən gələn sənədlərin qəbulunda gecikmə baş verdiyi üçün qalıb.

İD bəyan edib ki, onun yaraqlılarından biri hücumu həyata keçirib, amma heç bir dəlil göstərməyib.

Bu barədə daha geniş