Deutsche Bank 7,2 milyard dollar ABŞ cəriməsini ödəyəcək

Deutsche Bank loqosu Fotonun müəllifi Getty Images
Image caption Deutsche Bank loqosu

Almaniyanın Deutsche Bank-ı xəbər verir ki, ABŞ-la razılığa əsasən ipoteka qiymətli kağızlarının satışına görə 7,2 milyard dollar cərimə odəyəcək.

Sonuncu təsdiqi lazım olan cərimə ABŞ tərəfindən sentyabrda tələb olunan 14 milyard dollardandan olduqca azdır.

Əvvəl tələb olunan cərimənin həcmi qlobal maliyyə sistemi üçün təhlükə yarada biləcəyi ehtimal olunurdu.

Credit Suisse-də buna bənzər razılıq əldə etdiyini elan edib və Barclays bankının fəaliyyəti hələ də araşdırılır.

İpoteka qiymətli kağızların satışı 2008-ci ildə baş verən maliyyə böhranında mühüm rol oynayıb.

2005 -2007-ci illərdə dəyəri şişirdilmiş ipotekanı təhlükəsiz yatırım kimi sataraq riski başqalarına ötürən bir neçə bankın fəaliyyətləri araşdırılır.

Credit Suisse, bənzər razılaşma ilə ABŞ-a 5,28 milyard dollar ödəyəcəyini deyib.

İsveçrə bankı ABŞ hakimiyyətinə 2,48 milyard dollar, istehlakçılara isə 2,8 milyard dollar kompensasiya ödəyəcək.

Eyni zaman ABŞ Ədliyyə Departamenti ipoteka fırıldaqcılığı ilə bağlı Barclays bankına qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədir.

Ədliyyə Departamenti iddia edir ki, 2005 və 2007 illər arasında Barclays "ipoteka ilə dəstəklənən qiyməti şişirdilmiş səhmlər satmaqla dünya boyu investorların milyardlarla dollar itki verməsinə səbəb olub".