Liviya təyyarəsini qaçıranlar təslim olublar

Malta ordusu hava limanına endirilmiş təyyarəni əhatə edib Fotonun müəllifi Reuters
Image caption Malta ordusu hava limanına endirilmiş təyyarəni əhatə edib

Cümə günü Malta aeroportuna enməyə məcbur edilmiş Liviya təyyarəsini qaçıran şəxslər təslim olublar, Maltanın baş naziri Joseph Muscat bildirib.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Liviya hökumətinin məlumatına əsasən Airbus A320 təyyarəsini ələ keçirən iki nəfər sabiq lider Müəmmar Qəddafinin tərəfdarıdır və onların məqsədi siyasi sığınacaq istəmək olub.

Afriqiyah Hava Yollarına məxsus Airbus A320-nin istiqaməti dəyişdirilərkən Liviya üzərindən uçurmuş, yerli media bildirib.

İlkin məlumatlara görə, iki şəxs təyyarəni partladacağını bildirib.

Maltanın Baş naziri Joseph Muscat təhlükəsizlik qüvvələrinin ayağa qaldırıldığını deyib.

Malta Beynəlxalq Hava Limanı hadisəni Twitterdə təsdiqləyib və bildirib ki, hava limanına "qanunsuz müdaxilə" edilib.

Reuters xəbər agentliyinin Maltadakı fotoqrafı Darrin Zammit Lupi BBC-ə bildirib ki, o hadisə yerində çoxlu əsgər və xüsusi mühafizə avtomobilləri görür.