Kraliçaya "möhkəm soyuq dəyib": Milad Günü ibadətində iştirak etməyib

Kral ailəsinin üzvləri kilsəyə Kraliçasız gəliblər Fotonun müəllifi Getty Images
Image caption Kral ailəsinin üzvləri kilsəyə Kraliçasız gəliblər

Böyük Britaniya Kraliçası II Yelizaveta hələ də "möhkəm soyuq dəyməyə" görə Milad Günü ibadəti üçün kilsəyə getməyib.

Buckingham Sarayı bildirib ki, o müalicəsini davam etdirmək üçün evində qalacaq, amma ailəsilə birgə Milad Günü bayramına qatılacaq.

Şahzadə Philip, Şahzadə Charles, Şahzadə Harry və başqa kral ailəsi nümayəndələri Kraliçanın Sandrigamdakı Norfolk mülkü ərazisindəki kilsədə ibadətə qatılıblar.

Kraliça və Şahzadə Philip bu həftə Milad Bayramını qeyd etmək üçün səfər edəcəkdilər, lakin hər ikisi bərk soyuqladığından səfərlərini təxirə salıblar.

Onlar çərşənbə günü ənənəvi olaraq, qatarla deyil, helikopterlə Buckingham Sarayından Norfolk mülkünə gediblər.

Fotonun müəllifi AP
Image caption Edinburq hersoqu da soyuqdəymədən əziyyət çəksə də, ibadətdə iştirak edib

BBC-nin kral müxbiri Nicholas Witchell söyləyib ki, Kraliçanın Kilsə ibadətində iştirak etməməsi - o ilk dəfədir ki, bu ibadətdə iştirak etməyib. - "ehtiyat tədbirləri" kimi başa düşülməlidir.

Müxbirimiz deyir ki, Buckingham Sarayı "hədsiz narahatlığa ehtiyac olmadığını" bildirib.

Norfolk mülkündən BBC müxbiri Emilia Papadopoulos bildirib ki, təxminən 3 min insan kral ailəsi üzvlərini Sandringham-da gözləyib.

O deyib ki, kütlə Kraliçanı görmədiyinə görə "narazılıq" etsə də, Şahzadə Charles və Şahzadə Harry-nin nitqindən sonra çoxları "gözləməyə dəyərmiş" deyib.

Şahzadə William və Cambridge hersoginyası bayramı Middleton ailəsi ilə Berkshire-də keçirir.

Fotonun müəllifi Getty Images
Image caption Şahzadə Harry ibadətdən sonra xalqla söhbət edib
Fotonun müəllifi Reuters
Image caption Şahzadə Andrew ibadətə qızı Şahzadə Beatrice ilə qatılıb
Fotonun müəllifi PA
Image caption Uels Şahzadəsi və Cornwall hersoginyası da Kilsəyə ibadətə gəlib
Fotonun müəllifi Reuters
Image caption 2015-ci ildə Kraliça Sandringham Kilsəsindən çıxarkən

Kraliçanın ənənəvi bayram təbriki, Bakı vaxtilə saat 19.00-da BBC1, ITV, Sky News kanalları və BBC Radio 4 radiosu ilə yayımlanacaq.

Bu nitqində Kraliça diqqəti "qeyri-adi işlər görən adi insanlara" - könüllülərə yönəldəcək.