"Ulduz müharibələri"-nin şahzadəsi dünyasını dəyişib

1970-ci illərdə Carrie Fisher "Ulduz müharibələri" film seriyasının üç epizodunda çəkilib Fotonun müəllifi 20TH CENTURY FOX VIA AP
Image caption 1970-ci illərdə Carrie Fisher "Ulduz müharibələri" film seriyasının üç epizodunda çəkilib

"Ulduz müharibələri" film seriyasında şahzadə Leia obrazını canlandıran Hollywood aktrisası Carrie Fisher 60 yaşında dünyasını dəyişib.

Birneçə gün öncə aktrisa Londondan uşuş zamanı təyyarədə ürək tutmasından sonra Los-Angelesdəki xəstəxanaya yerləşdirilib.

Ona ilk yardımı təyyarədə olan həkim kömək edib. Təyyarə yerə endikdən dərhal sonra Fisher kritik vəziyyətdə xəstəxanaya çatdırılıb və süni tənəffüs aparatına qoşulub.

Bundan əvvəl bildirilib ki, aktrisanın vəziyyəti sabitləşib.

Fotonun müəllifi PA
Image caption Aktrisa Los-Angelesə yeni "Şahzadənin bioqrafiyası" adlı kitabının reklam turnesi çərçivəsində səyahət edib

1970-ci illərdə Carrie Fisher "Ulduz müharibələri" film seriyasının üç epizodunda çəkilib. 2015-ci ildə isə o film seriyasının yeddinci filmində əsas rollardan birini oynayıb.

1980-cı illərin ortalarında aktrisanın narkotik asılılığı ilə şəxsi mübarizə təcrübəsindən bəhs edən "Uçurumdan açıqcalar" kitabı nəşr olunub.

Aktrisa Los-Angelesə yeni "Şahzadənin bioqrafiyası" adlı kitabının reklam turnesi çərçivəsində səyahət edirmiş.