Berlində 7 miqrant "evsiz adamı yandırmaq cəhdinə görə" saxlanılıb

Berlin, metro stansiya Fotonun müəllifi EPA
Image caption Saxlanan şəxslərdən altısı Suriyadan, biri Liviyadadır

Almaniyada Milad günündə evsiz adamı yandırmağa cəhd etdikləri ehtimal edilən yeddi gənc miqrant saxlanılıb, onlar sui-qəsddə ittiham edilib.

15-18 yaşlarında olan şübhəlilərin altısı Berlində baş vermiş hadisənin CCTV videomüşahidə görüntüləri yayımlanandan sonra dərhal polisə təslim olub.

Hücuma məruz qalmış zərərçəkmiş şəxs sağ-salamatdır.

Polisin məlumatına görə 21 yaşlı yeddinci şübhəli təşəbbüskar olub və o, evinin yaxınlığında həbs olunub.

Saxlanan şəxslərdən altısı Suriyadan, biri Liviyadandır.

Onların hamısı 2014-cü və 2016-cı illərdə sığınacaq axtaranlar kimi Berlinə gəlib, prokurorluq bildirib.

37 yaşlı evsiz kişi bazar günü Berlinin cənub rayonu Neuköllndə yerləşən Schoenleinstrasse metro stansiyasında kağız vərəqlərinin altında skamyada yuxuya gedərkən yandırılıb.

Bir maşinist odsöndürənlə alovu söndürməyə çalışıb, yaxınlıqdan keçənlər də kömək edib.

Bu barədə daha geniş