Nigeriayanın Sokoto Sultanı gender bərabərliyini tənqid edib

Sokotonun sultanı Fotonun müəllifi AFP
Image caption Sokotonun sultanı

Nigeriyanın ən yüksək rütbəli müsəlman rühanisi gender bərabərliyi baxımından kişi və qadınları eyni hüquqlu vərəsə tanıyan qanun layihəsini rədd edib.

Sokoto sultanı Məhəmməd Saad Abubəkr deyib ki, müsəlmanlar kişilərə daya böyük payın verilməsini təmin edən İslam qanununun pozulmasını qəbul etməyəcəklər.

Nigeriya xristianlarının aparıcı qurumu qanun layihəsini qəbul edib. Fəallar qadınlara qarşı ayrıseçkiliyin qarşısını almaq üçün qanunu dəstəkləyirlər.

Xristian və müsəlmanların sayı bərabər olan Nigeriyada cəmiyyət dindardır.

Zamfara əyalətində keçirilən Quran öyrənmə mərasimində çıxış edən sultan deyib ki: "Bizim dinimiz həyat tərzimizin tamamıdır. Ona görə də Allahın bizə icazə verdiklərini dəyişməyə qarşı yönələn heç bir hərəkəti qəbul etməyəcəyik."

O əlavə edib ki: "İslam sülh dinidir. Biz Xristian və digər dinlərlə sülh içində yaşayırıq. Ona görə də dinimizə səmərəli qulluq etmək üçün bizə imkan verilməlidir."

Fotonun müəllifi FLORIAN PLAUCHEUR
Image caption Məscid qirişinin önündə bir qadın

Oktyabr ayında, Nigeriyanın Xristian Assosiyasiyası (CAN) demişdi ki, qanun təklifində heç bir problem görmür, ona görə ki, "Xristianlıqda kişi və qadınların vərəsəlik payı bərabərdir".

Millət vəkilləri deyirlər ki, qanun layihəsinin hansı hissələrini qəbul edib-etməmək qərarını ictimai rəyi nəzərə aldıqdan sonra verəcəklər.

Mart ayında Nigeriyanın senatı qanun layihəsini əvvəlki versiyasını Nigeriyanın mədəniyyəti və dini qaydalarına uyğun olmadığını deyərək rədd etmişdi.

İnsan haqları fəalı Bukky Shonibare qanunun mart ayında rədd edilməsini Nigeriyalı qadınlar üçün kədərli gün olduğunu və "bizim necə geridə qaldığımızı" göstərdiyini deyib.