İsrail yəhudi məskənləri barədə səsverməni təxirə salıb

Şərqi Qüdsdə Har Homa məskənində tikiniti (27 dekabr 2016) Fotonun müəllifi EPA
Image caption Beynəlxalq qanunlara əsasən məskənlər qanunsuzdur, lakin İsrail bunu qəbul etmir

Şərqi Qüds şəhərinin işğal altında olan ərazilərində yəhudi məskənləri üçün təxminən 500 yeni evin tikilməsinə icazə verəcək səsvermə şəhər hakimiyyəti tərəfindən təxirə salınıb.

Deyilənlərə görə, bu qərar baş nazir Benyamin Netanyahunun ofisindən gələn xahişdən sonra verilib.

Qərar həmçinin ABŞ Dövlət Katibi John Kerry-nin İsrail-Fələstin münaqişəsi barədə çıxışından bir qədər əvvəl qəbul edilib.

Fələstin ərazilərində yaşayış məskənlərinin salınmasına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının qətnaməsi cümə günü ABŞ qəbul edilib.

Washington bundan əvvəl bənzər qətnamələrə veto qoyurdu.

Fotonun müəllifi AFP
Image caption Donald Trump İsraili dəstəkləyib

ABŞ-ın səsverməyə müdaxilə etməmək qərarı cənab Netanyahunu qəzəbləndirib, və çərşənbə axşamı günü onun sözçüsü qətnamənin hazırlanması və qəbul edilməsində Ağ Evin iştirakı barədə məlumat əldə etdiyni bəyan edib.

ABŞ dövlət departamentinin sözçüsü iddiaların "qətiyyən doğru olmadığını" deyib, lakin qətnamənin İsrailə xəbərdarlıq olacağına ümid bəslədiyini bildirib.

Öz növbəsində yeni seçilmiş ABŞ prezidenti Donald Trump İsrailə "möhkəm olmasını" tövsiyə edərək twitter-də Obama administrasiyasını İsrailə "nifrət və hörmətsizliklə" yanaşmaqda günahlandırıb.

Fotonun müəllifi AP
Image caption Netanyahu məskənlərin salınması əleyhinə BMT qətnaməsini tənqid edib

Qüds şəhərinin Planlaşdırma və Mənzillə Təminat Komitəsi Ramat Şlomo və Ramot məskənlərində 492 yeni evin tikilməsi barədə səsvermənin keçiriləcəyinə işarə etmişdi.

Lakin çərşənbə günü, planlaşdırma komitəsinin üzvü Hanan Rubin səsvermənin təxirə salındığını bildirdib.

Cənab Rubin BBC-yə deyib ki, səsvermənin təxirə salınma qərarı cənab Kerry-nin çıxışından bir neçə saat öncə Washington-la münasibətləri daha da gərginləşdirməməyə görə baş nazirliyinin xahişindən sonra qəbul edilib.

"Yerusəlimdə (Qüds şəhəri) siyasi səsvermənin qarşısını almaq bizim maraqlarımıza daxildir, ona görə ki, Yerusəlim İsrailin ətrafındakı məskənlərdən fərqlidir", o deyib.

"Biz əlverişli evlər və gənc ailələr üçün evlər yaradırıq...və bu gün Kerry-nin çıxışı vaxtı böyük fırtına olsa da, biz bu mübahisənin qabağını almaq istəyirik."

Fotonun müəllifi AFP
Image caption ABŞ Dövlət Katibi John Kerry

Çərşənbə günü baş verəcək çıxışında cənab Kerry-nin İsrail-Fələstin münaqişəsinin həlli üçün öz fikirlərini ortaya qoyması və İsrailin Obama administrasiyasına yönəli tənqidlərə cavab verməsi gözlənilir.

Fələstin lideri Mahmud Abbas deyib ki, qətnamə Fransada yanvarın 15-i keçiriləcək Yaxın Şərqdə sülh konfrasına "yol açır".

"Biz ümid edirik ki, işğala son qoymaq üçün mexanizm və cədvəl bu konfransda yaradılacaq", o partiyasının bazar ertəsi günü keçirilmiş iclasında deyib.

Bu barədə daha geniş