Rusiya ABŞ diplomatlarını ölkədən "xaric etməyəcək"

ABŞ-ın Moskvadakı səfirliyi Fotonun müəllifi EPA
Image caption Russia's foreign ministry wants to expel US diplomats from Moscow in response

Rusiya prezidenti Vladimir Putin, Washington-nun bənzər qərarına cavab olaraq ABŞ diplomatlarını ölkədən çıxarılması barədə Xarici İşlər Nazirliyinin təklifini qəbul etməyib.

Çıxışında, Vladimir Putin deyib ki, "biz amerikalı diplomatlar üçün problemlər yaratmayacağıq".

"Biz cavab hərəkətləri arxada qoyaraq özümüzü mətbəx diplomatiyası səviyyəsinə endirməyəcəyik", cənab Putin əlavə edib.

Bundan əvvəl, xarici işlər naziri Sergey Lavrov prezidentə ABŞ diplomatlarının ölkədən çıxarılmasını təklif etmişdi.

Lakin prezident Putin təklifi rədd edərək, deyib ki, Rusiya ABŞ-la əlaqələrinin inkişafına yönəli addımlarını gələcək prezident Donalnd Trump-ın xarici siyasətinə uyğun olaraq həyata keçirəcək.

ABŞ-da seçkiqabağı kampaniya zamanı kiberhücumların Rusiya tərəfindən həyata keçirildiyini iddia edən Obama administrasiyası 35 Rusiya diplomatını ölkədən çıxarıb.

Rusiya iddiaları rədd edir. Moskava ABŞ-ın addımlarını "əsassız" adlandırıb.

Rusiyanın baş naziri Dmitri Medvedev prezident Barack Obama administrasiyasının öz müddətini "anti-Rusiya əzabı" ilə başa vurması ilə bağlı təəssüfləndiyini deyib.

ABŞ-ın cümə ertəsi günü qəbul etdiyi qərara əsasən:

  • Rusiyanın Washington-dakı səfirliyi və San Francisco-dakı konsulluğundan 35 diplomata ailələri ilə birlikdə ölkəni tərk etməyə 72 saat verib.
  • Rusiya diplomatlarına Maryland və New York-da yerləşən və deyilənlərə görə Rusiya kəşfiyyatı tərəfindən istifadə edilən iki binanın istifadəsinə giriş qadağan edilib.
  • İki kəşfiyyat agentliyi, GRU və FSB daxil olmaqla, 9 müəssisə və şəxsə qarşı sanksiyalar elan edilib.

Donald Trump tərəfindən 20 yanvarda əvəz ediləcək cənab Obama Moskvanı Hillary Clinton-nun seçki kampaniyasına qarşı yönəli kiberhücumlarda ittiham edərək, Rusiyaya qarşı addımlar atacağını vəd etmişdi.

Fotonun müəllifi AFP
Image caption Rusiyanın Washington-dakı səfirliyi

Cənab Trump daha əvvəllər Amerika kəşfiyyatının Demokrat partiyasının serverlərinə məhz rusiyalı hakerlərin hücum etməsi barədə iddialarına şübhə ilə yanaşıb.

Lakin o indiki administrasiyanın Kremlin ünvanına olan ittihamlarını Amerika kəşfiyyatının nümayəndələri ilə müzakirə edəcəyini bildirib.

Bu barədə daha geniş