Hindistanda uçmuş kömür şaxtasından 13 cəsəd çıxarılıb

Xilasetmə işləri davam etdirilir Fotonun müəllifi EPA
Image caption Xilasetmə işləri davam etdirilir

Hindistanın Carkand ştatında cümə axşamı uçmuş kömür şaxtasından 13 ölü çıxarılıb.

Onlarca adam itkin sayılır və onların sarsılmış ailələri narahatlıqla xəbər gözləyir.

Şaxtadan iki nəfər sağ çıxarılıb, amma uçqun vaxtı orada azı 60 nəfər işləyirdi.

2012-ci ildə buna bənzər hadisədə üç nəfər ölmüşdü.

Eastern Coalfields Limited şirkəti o vaxt hökumətin mülkiyyətində olan şaxtanı bağlamış, lakin sonradan təkrar açmışdı.

Xilasedicilər deyirlər ki, qəzaya səbəb keyfiyyətsiz təhlükəsizlik şəraitidir. Rəsmilər bildirilər ki, hadisə ilə bağlı cinayət işi qaldırla bilər.

Fotonun müəllifi AFP
Image caption Uçmuş şaxtadan daha çox cəsəd çıxa biləcəyindən narahatlıq var

Sıx duman xilasedicilərə mane olur və onlar şaxtaya yalnız cümə günü girə biliblər.

Hindistanın kömür mədənlərinin 29 faizi ən yoxsul ştatlardan sayılan Carkandda yerləşir. Maoçu üsyanlar da əsasən buralarda qaldırılırdı.

2015-ci ildə Hindistanın 570 kömür mədənində 38 ölüm hadisəsi qeydə alınıb.