Kataloniya lideri İspaniyadan ayrılma referendumu vəd edir

Carles Puigdemont bir ildən bir qədər artıqdır ki, vəzifədədir Fotonun müəllifi AP
Image caption Carles Puigdemont bir ildən bir qədər artıqdır ki, vəzifədədir

İspaniyanın Kataloniya regionu deyəsən mərkəzi Madrid hökuməti ilə yeni toqquşma kursu seçib.

Beləki regionun yeni lideri, katalan prezidenti Carles Puigdemont televiziya ilə Yeni il çıxışında bölgənin İspaniyadan ayrılması üçün yeni referendumun 2017-ci ildə keçiriləcəyini vəd edib.

O deyib ki, bu dəfəki referendumun nəticəsi hüquqi və icra üçün icbari olacaq.

2014-cü ildə keçirilmiş məşvərətçi referendumda əksəriyyət müstəqilliyə səs versə də, Madrid bu nəticəni qulaqardına vurub.

İspaniyanın baş naziri Mariano Rajoy referendum keçirilməsinin mümkünlüyünü istisna etdiyini deyib.

İspaniyanın ikinci böyük şəhəri Barselonanın da yerləşdiyi Kataloniya ölkənin ən varlı regionlarındandır.

Bölgədə separatçı meyllərin yaranmasına səbəb burada beş il əvvəl başlanmış kütləvi hərəkatdır. Bu hərəkat katalan kimliyinin əsrlərcə tarixi olduğunu bəyan edib.

Bu videoda cənab Puigdemont katalanca deyib: "Biz kataloniyalılar öz gələcəyimizi legitim və icrası icbari referendumla azad şəkildə müəyyən edəcəyik"

Fotonun müəllifi AFP
Image caption Kataloniya millətçiləri bu həftə onların siyasətçilərinə qarşı hüquqi tədbirlərin əleyhinə etiraz aksiyları keçiriblər.

Kataloniya parlamentinin qərarına görə belə bir referendum sentyabr ayında keçirilməlidir. Bu parlamentdə mandatların çoxu separatçılardadır.

Cümə günü çıxış edən İspaniya baş naziri Rajoy deyib ki, İspaniyanın bütövlüyünə zərbə olacaq referendumun keçirilməsi qeyri-mümkündür.

O separatçılara mümkün olanı - dialoqu təklif edib.

Bu barədə daha geniş