Bağdadda avtomobil partladılıb: azı 35 nəfər ölüb

Iraqi police and bystanders look at the wreckage of a vehicle destroyed in a suicide car bomb attack in Sadr City, Baghdad (2 January 2017) Fotonun müəllifi AFP
Image caption Özünü İslam Dövləti adlandıran sünni qrup "şiə toplantısını hədəfləyən" hadisəni törətdiyini bildirib

İraqın paytaxtı Bağdadda bomba qoyulmuş avtomobilin partlaması nəticəsindı azı 35 nəfər həlak olub, təhlükəsizlik və media mənbələri bildirirlər.

Əsasən şiələrin yaşadığı Sədr Şəhər adlanan rayonda baş vermiş partlayış, həmçinin 61 nəfəri yaralayıb.

Özünü İslam Dövləti adlandıran sünni qrup "toplanmış şiələri hədəfləyən" hadisəni törətdiyini bildirib.

Qurbanların çoxunun Sədr Şəhərdə çalışmaq üçün növbə gözləyən gündəlik muzdlular olduğu güman edilir.

Bu hadisədən bir qədər sonra əl-Kindi xəstəxanasının yaxınlığındakı avtomobil parkında bir avtomobil partlayıb, nəticədə üç nəfər ölüb.

Şənbə günü İD Bağdadda 28 nəfərin ölümünə səbəb olmuş iki bombalı intiharçının partlamasına görə də məsuliyyəti üzərinə götürüb.

Fotonun müəllifi Reuters
Image caption Bomba meyvə-tərəvəz bazarının yanında dayanmış işçiləri hədəfləyib
Fotonun müəllifi Reuters
Image caption İD bildirib ki, hücumlar "şiələri hədəfləyib"