Braziliyada həbsxana qaçaqları şəkillərini paylaşırlar

Brayan Bremer (solda) və digər qaçaq Fotonun müəllifi Brayan Bremer
Image caption Brayan Bremer (solda) və digər qaçaq

Braziliyanın şimalındakı Manaus şəhərində yerləşən həbsxanadan qaçan kişi özünün çəkdiyi şəkilləri Facebook-da paylaşaraq bu qaçış barədə lovğalanır.

Şəkildə quldurluğa görə həbs edilən Brayan Bremerin meşəli bir yerdə baş barmağı ilə əla işərisi verdiyini görmək olur.

Polisin dediyinə görə, onun arxasında görünən kişi onun kimi həbsxanadan qaçmışdı, lakin artıq yenə də həbs edilib.

Onlar Manaus şəhərinin iki həbsxanasından bazar günü onlarca məhbusla birlikdə qaçıblar.

Qaçaq məhbus

Bremer Şimali Amazonas ştatının Antonio Trindade həbsxanasından bazar günü qaçan 72 məhbusdan biridir.

Bir neçə saat sonra yaxınlıqda yerləşən Anision Jobim həbsxanasında baş vermiş və 56 nəfərin ölümü ilə nəticələnmiş üsyandan sonra daha 112 məhbus qaçıb.

Məhbuslara həbsxanada internetdən istifadə etmək qadağan olsa da, Bremer Facebook-un fəal istifadəçisidir.

Lakin onun paylaşdığı postlar o qaçaq düşəndən sonra Braziliyada məşhurlaşıb.

Qaçışdan sonra paylaşdığı ilk şəkildə palçıqlı Bayern Munich futbol klubu formasını geyinmiş Bremer başqa qaçaq məhbusla görünür. Şəklə qoyduğu şərhdə Bremer "Həbsxabadan qaçırıq" yazıb.

Başqa bir şəkildə Bremerin dörd ayrı şəxslə meşəlikdə meyvə yediyi görünür.

Fotonun müəllifi Facebook
Image caption Bremer (sağda) və digər qaçaqlar

Bremerin rəsmi Facebook səhifəsi silinsə də, @fugitivodoano (@İlinQaçağı) daxil olmaqla onun səhifəsinə bənzər bir neçə qondarma hesab açılıb.

Bu səhifələr Bremer və digər qaçaqları bir neçə film və televiziya serialının qəhrəmanı kimi göstərir. Bunlar arasında məhbus həyatı və türmədən qaçış barədə məşhur Shawshank Redemption (Shawshank-dən qaçış) filmi, Prison Break (Həbsxanadan Qaçış) serialı və The Cold Light of Day (Gündüzün Soyuq İşığı) filmi də var.

Fotonun müəllifi Facebook
Image caption "Shawshank-dən qaçış" (The Shawshank Redemption) filminin Brayan Bremerin şəkli ilə dəyişdirilmiş portəgiz dilində afişası
Fotonun müəllifi Facebook
Image caption Brayan Bremerin çəkdiyi şəkil "Həbsxanadan qaçış" (Prison Break) televiziya seriayalının afişasına bənzədilib
Fotonun müəllifi Facebook
Image caption "Gündüzün soyuq ışığı" (The Cold Light of Day) filminin Brayan Bremerin şəkli ilə dəyişdirilmiş portəgiz dilində afişası

Facebook istifadəçiləri məhbusların kütləvi qaçışı ilə məzələnsələr də, Manausda polis onların axtarışının davam etdirildiyini bildirir.

Rəsmilər deyirlər ki, Bremerlə ilk şəkildə çəkilən məhbus da daxil, onlar artıq 40 nəfəri yenidən saxlayıblar.