Çin yük qatarları birbaşa Britaniyaya gedəcək

Hamburqa çatan ilk Çin yük qatarı Fotonun müəllifi Getty Images
Image caption Hamburqa çatan ilk Çin yük qatarı

Avropa ilə ticarət və yatırım əlaqələrini inkişaf etdirimək üçün, Çin Londona birbaşa yük daşımaları üçün dəmir yolu xətti açıb.

Madrid və Hamburq daxil olmaqla Çin Dəmir Yolunun digər Avropa şəhərlərinə qolları artıq xidmətdədir.

19 min kilometrlik məsafəni geyim və ev avadanlığı daşıyan yük qatarı təxminən iki həftəyə qət edəcək.

Dəmir yolunun üstünlükləri hava ilə yük daşımasından daha ucuz və dəniz ilə yük daşımasından daha sürətli olmasıdır.

Fotonun müəllifi Getty Images
Image caption Çindən birbaşa Madridə göndərilən yük qatarı

Çin və Avropanı qədim İpək yolu ilə bağlayan yolların artırılması iki ticarət partnyoru arasında ticarətin artırılmasına yönəlik strategiyanın bir parçasıdır.

Bu xəttin açılışı ilə London Çin hakimiyyətinin Yeni İpək Yoluna qoşulan 15-ci Avropa şəhəri olacaq.

Yeni xətt Londonun şərqində yerləşən Barking Yük Terminalına çatmazdan əvvəl Qazaxıstan, Rusiya, Belarus, Polşa, Almaniya, Belçika və Fransadan keçəcək.

Bu barədə daha geniş