İsrailli əsgərə fələstinlinin ölümünə görə hökm oxunub

israilli əsgər Fotonun müəllifi AFP
Image caption İş İsraildə fikir ayrılığı yaradıb

Çərşənbə günü keçirilmiş məhkəmə prosesində İsrail əsgəri adam öldürməkdə təqsirli bilinib.

O, bıçaqlı fələstinlini zərərsizləşdirdikdən sonra güllələyərək öldürdüyünə görə məhkum edilib.

20 yaşlı çavuş Elor Azaria ötən ilin martında Hebronda artıq zərəsizləşdirilmiş 21 yaşlı Abdul Fatah əl-Şərifi başından güllələyib.

İş İsraildə fikir ayrılığı yaradıb. Bir çoxları iddia edir ki, o, hərbi davranış kodeksi pozduğuna görə cəzalandırılmalıdır. Bəziləri isə onun hərəkətlərinə haqq qazandırır.

Fələstin və İsrailin insan haqları qrupu bildirib ki, bu iş hücumun dayandırılması üçün həddindən artıq güc istifadə edildiyini göstərib və çavuş Azaria-nın hökm olmadan qətl törətməkdə ittiham edib.

Baş prokurorluq ittiham aktında bildirib ki, çavuş Azaria "əməliyyatların aparılma qaydalarını pozub, çünki terrorçu yaralanaraq yerdə uzanıb və təhlükə daşımayıb".

Sharif və digər fələstinli Ramzi Aziz al-Qasrawi ötən il martın 24-də bir israilli əsgəri bıçaqlayıb, daha sonra qoşun onlara atəş açıb və Sharif yaralanıb, Qasrawi isə öldürülüb.

Fotonun müəllifi AFP
Image caption İttiham aktında baş prokurorluq bildirib ki, çavuş Azaria "əməliyyatların aparılma qaydalarını pozub"

Hadisənin görüntülərinə görə, Sharif sağdır və çavuş Azaria kimi müəyyən edilmiş əsgər ona qarşı silahını qaldırır.

Daha sonra çavuş Azaria İsrailin hərbi polisinə bildirib ki, Sahrif-in əli bıçağa çatma uzaqlığında olub və o qorxub ki, fələstinli adam partlayıcı jilet daşıya bilər.

Lakin ordu müstəntiqlərinin sözlərinə görə, Azaria atəş açmazdan əvvəl yoldaşına deyib ki, yaralı dostunu bıçaqladığına görə, "ölməyə layiq" olub.

Hadisənin başqa videoyazısına əsasən, Azarianınm dediyi bıçaq Sharif-dən azı 1 metr məsafədə olub.

Sorğular göstərir ki, bir çox israillilər çavuşun atəş açmasına haqq qazandırır və ona dəstək olaraq aksiyalar keçirilib.

İsrail müdafiə naziri Avigdor Lieberman vəzifəsinə 2016-cı ilin may ayında təyin olduğundan əvvəl çavuş Azarianı dəstəklədiyini bildirmişdi. Məhkəmənin qərarının "çətin" olduğunu etiraf edən nazir, müdafiə qurumlarının "əsgəri və ailəsini dəstəkləmək üçün əlindən gələni" edəcəyəklərini deyib.

Lakin o, həmçinin ictimaiyyəti məhkəmənin qərarına hörmət etməyə çağırıb.

Human Rights Watch insan hüquqları təşkilatının İsrail təbliğat şöbəsinin direktoru Sari Başi hökmün "İsrail əsgərlərinin fələstinlilərə qarşı həddindən artıq güc tətbiq etmələrinin qarşısını almaq üçün müsbət addım" olduğunu deyib.