Türkiyə XİN-i: silahlının kimliyi məlumdur

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Fotonun müəllifi EPA
Image caption Nazir Çavuşoğlu silahlının kimliyi barədə daha ətraflı məlumat paylaşmayıb

Yeni İl Günü İstanbulda gecə klubunda 39 nəfəri öldürən silahlının kimliyi məlum olub, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib.

Anadolu agentliyinə (AA) verdiyi müsahibədə cənab Çavuşoğlu axtarış əməliyyatını davam etdiyini bildirib.

"Qaldığı evə de gedib baxmışıq. Ayrıca onun əlaqələri, kimin ona kömək etdiyi...bu mövzularla bağlı ciddi bir şəkildə işlər davam edir", o əlavə edib.

Lakin nazir silahlının kimliyi barədə daha ətraflı məlumat paylaşmayıb.

Bazar günü silahlı Reina gecə klubuna hücum etdiyi zaman orada 600 nəfər var idi.

Hücumda 39 nəfəri öldürən silahlı, həmçinin 69 nəfəri yaralayıb.

Fotonun müəllifi DHA
Image caption İzmirdə əməliyyat anı

İzmirdə əməliyyatlar

Türk xəbər agentliklərinin verdikləri məlumata əsasən axtarış əməliyyatları İzmirdə də baş tutub.

Baş prokurorluq və polis, həyata keçirdiyi əməliyyatlar çərçivəsində İzmirdə 4 ünvanda olub.

AA-nın məlumatına görə, əməliyyatlar nəticəsində özünü İslam Dövləti adlandıran təşkilatın üzvləri iddia olunan 20 nəfər həbs edilib.

Agentlik saxlanılanların Dağıstan, Şərqi Türkistan və Suriya mənşəli olduqları deyilib.

Doğan Xəbər Agentliyi (DHA) isə saxlanılanların ümumi sayının 27 nəfər olduğunu bildirib.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosu istintaqın sürətlə davam etdiyini və Atatürk hava limanında iki xarici vətəndaşın saxlandığını bildirib.

AA bildirib ki, bununla saxlanılanların ümumi sayı artıq 16-ya çatıb.

Doğan xəbər agentliyi (DHA) isə Konyada saxlanılanlar arasında hücumu təşkil edən silahlının həyat yoldaşının da olduğunu bildirib.

Bu barədə daha geniş