Yuxudan oyanıb ki, qapısına kərpic hörüblər

"Bu mənə Berli Divarlarını xatırlatdı" Fotonun müəllifi Mark Kolbe/ Getty
Image caption "Bu mənə Berlin divarını xatırlatdı"

Almaniyanın mərkəzində yaşayan kişi evini tərk etməyə çalışsa da, görüb ki, evinin qapısına kərpic hörülüb.

Offenbach şəhəri yaxınlığında qeyri-məlum şəxslər gecə ərzində qapını kərpicləyiblər, polis yerli mətbuata bildirib.

Kərpic bir neçə dəqiqə içində hörülmüş ola bilər və hadisənin səbəbi bilinmir - bəlkə də zarafat, qisas hissi və ya mərc də ola bilər, məlumatda deyilir.

Polis axtarışlar həyata keçirir. Evə dəyən ziyanın təxminən 500 avro olduğu deyilir.

"Bu mənə Berlin divarını xatırlatdı", polis sözçüsü yerli mediaya bildirib.

Lakin o hadisənin "zarafat deyil, cinayət olduğunu" əlavə edib.