Kurtulmuş: Suriya siyasətini düzəldirik

Türk tankları Fotonun müəllifi AFP
Image caption Türkiyə Fərat Qalxanı hərəkatı çərçivsində Azad Suriya Ordusu ilə birgə İD-ə qarşı əməliyyatlar keçirməyə davam edir

Baş nazirin müavini və hökumətin sözçüsü Numan Kurtulmuş Türkiyənin Suriya siyasəti üçün "əvvəldən bəri böyük səhvlərlə dolu olduğuna inananlardanam... İndi bunları təmir edirik, düzəldirik" deyib.

Hürriyet qəzetinə müsahibə verən Kurtulmuş Suriya prezidenti Bəşər Əsədin siyasi gələcəyinə dair isə Türkiyənin mövqeyində bir dəyişiklik olmadığını ifadə edərək "Təbii ki, Əsəd rejiminin, zalımların yanında yer alacaq deyilik... Belə bir qatilin iş başında dayanmasının insani olmadığını düşünürük. Amma ortada sülh prosesinin danışıqlarının başlaması ilə birgə qarşılıqlı olaraq qərar verəcək olan, masadakı insanlar" deyib.

Özünü İslam Dövləti adlandıran qrupun (İD, İŞİD) üzərinə götürdüyü Reina hücumu ilə bağlı Kurtulmuş söyləyib ki, hücumçu "yəqin ki, Qırğızıstandan gəlmiş biri"dir deyib.

Fotonun müəllifi AFP
Image caption "Təhdid yalnız bir təşkilatdan gələn bir təhdid olmadığı üçün işimiz həqiqətən çox çətindir", Kurtulmuş deyib

'Hücumların hədəfləri eynidir"

Kurtulmuş həmçinin söyləyib ki, son dövrdə baş verən hücumların hədəfi eynidir:

"Bu cür hücumları edənləri vahid bir təşkilat kimi görmək lazımdır. Bir təşkilatın fərqli şöbələri. Hücumu edən kadrlar müxtəlifdir, amma hədəflər eynidir. Canlı bombanı təxmin edə bilərsiniz, amma belə bir təcavüz çox qəribədir. Təhdid yalnız bir təşkilatdan gələn bir təhdid olmadığı üçün işimiz həqiqətən çox çətindir".

Fotonun müəllifi AFP
Image caption Baş nazir Binalı Yıldırımın 7 yanvarda Bağdada gedəcək

Binali Yıldırım-ın Bağdadsəfəri

Baş nazir Binalı Yıldırımın 7 yanvarda Bağdad səfərinin əhəmiyyətinə diqqət çəkən Kurtulmuş Başikadaki Türk hərbiyyəsinin varlığının müzakirə ediləcəyini deyib: "Onları da rahatlaşdıracaq bir təklif aparırıq. Çıxmaq söhbət mövzusu deyil."

Kurtulmuş Suriya üçün müzakirə mühitinin İraq üçün də mümkün olduğunu deyib: "Mosul məsələsində də yeni bir münasibətlə İraq hökumətilə bir ittifaq edilməlidir" deyə o əlavə edib.

Bu barədə daha geniş